12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi




1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrki rəhbərliyi onu Bakıya dəvət etmişdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və yorulmaz, fədakar  fəaliyyəti ilə bağlıdır.Müstəqilliyin ilk illərində ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, erməni təcavüzü gündən-günə güclənirdi, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Həmin ərəfədə Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etmək üçün güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvə lazım idi. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını böyük təkid və qətiyyətlə tələb etməyə başladı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən o dövrün hakimiyyəti xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə tam qadir olduğunu göstərdi. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası ilə demokratik, hüquqi dövlət yaratmağa müvəffəq olmuşdur. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi .Bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başladı.Zamanında xalq tərəfindən inamla seçilən lider sayəsində Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. 
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin 
coğrafiya müəllimi Şəlalə Səmədova 



Tarix: 3-10-2023, 12:39 Oxunub: 93


Bölməyə aid digər xəbərlər
30-08-2023, 09:49 Xilaskarlıq missiyası