12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da, məhz 1993-cü il oktyabr 3-dən qoyulub






    Görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir.        1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün, gələcək nəsillər üçün yaradırıq.    Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir.    İllər bir-birini əvəz etdikcə Ulu öndər Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Ulu öndər Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.    Ulu öndər Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir.    Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, "dövlət-vətəndaş" birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.    Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasi yol, məhz Ulu öndər yoludur. 44 günlük Vətən müharibəsi xalqımızın həmrəyliyinin, birliyinin növbəti və ən böyük təcəssümü olaraq, bütün dünyaya Azərbaycanda xalq-ordu-iqtidar birliyinin vahidliyini göstərdi.    Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da, məhz 1993-cü il oktyabr 3-dən qoyulub.         
 Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
 kitabxana müdiri Nübar Əliyeva 


Tarix: 3-10-2023, 12:39 Oxunub: 38


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı