12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən dəstək vermişdir




Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda mühim yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bugün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunmuşdur. Hər iki ölkənin dövlət və hökumət başçılarının, digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Bu ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına şərait yaratmış və müxtəlif sahələrdə müqavilələr imzalanmasına,səbəb olmuşdur. Bununla belə, Azərbaycan və Türkiyə dövlətləri daim çətin günlərində bir-birinə dəstək olmuşlar.
Türkiyə hələ SSRİ-nin mövcud olduğu şəraitdə 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı. 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən dəstək vermişdir. Problemin Azərbaycanın ərazi bütövlüyü və sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etmişdir. Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra bu dəstək özünü daha qabarıq şəkildə göstərdi.Türkiyə hökuməti tərəfindən Azərbayana bir sıra dəstək mesajları göndərildi. Təbii ki, bu, bəzi ölkələrdə narahatlığın yaranmasına  səbəb oldu. Əslində isə buna heç bir əsas yoxdur. Bütün dünya bilir ki, iki dövlət arasında müqavilələr var, yəni Türkiyə ilə Azərbaycanın birgə addımları strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır. Azərbaycan dövləti də eyni şəkildə, qardaş Türkiyədən dəstəyini heç vaxt əsirgəmir. Biz bir çox hallarda ölkə başçımızın Türkiyənin mövqelərini ən yüksək səviyyədə  müdafiə etdiyinin şahidi olmuşuq. Yəqin ki, heç kəs 2014-cü ilin 24 aprelində Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Prezident İlham Əliyevin türk düşməni Serj Sarkisyanın Türkiyə əleyhinə hədyanlarına cavabını unutmayıb. O zaman cənab Prezident “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” demişdi. Ulu Öndərimiz Heydər Əliyevin də dediyi kimi: “Biz bir millət, iki dövlətik”. Buna bənzər bir fikri Prezident Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik”. 
                                         
Maştağa qəsəbəsi, 255 nömrəli məktəbin 
praktikantı Həliməxatun Əlimirzəyeva 


Tarix: 11-10-2023, 12:33 Oxunub: 56


Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası