12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan dövləti öz müstəqilliyini qazandığı gündən Ulu öndər Heydər Əliyev gənclərin qayğısına qalaraq bunu diqqətdə saxlamış bir sıra qərarlar qəbul edilmişdir





Gənclik insan həyatında onun özünü və qarşılıqlı olaraq dünyanı dərk etdiyi, onu formalaşdıran cəmiyyətdə onum öz yerini tutduğu, yaşayıb fəaliyyət göstərdiyi bir dövrdür.Y eniyetməlikdən ahillıq doğru gedən bu qısa yolda tələbəlik illərində başlayan şirin və acı xatirələr, zəhmət və fədəkarlıqla qazanılmış uğurlar, yaxınların, dostlarınla olan münasibətlər, qayğılı ailə həyatı bir-biri ilə üzləşir.
Gənc adam heç zaman qayğı və kömək olmadan öz həyatını  qura bilməz. Burada  cəmiyyətin  və xüsusilə dövlət rolu əvəzedilməzdir.  Azərbaycanda 1997-ci ildən 2 fevral Gənclər günü elan edilmişdir.
Azərbaycan dövləti öz müstəqilliyini qazandığı gündən Ulu öndər Heydər Əliyev gənclərin qayğısına qalaraq bunu diqqətdə saxlamış bir sıra qərarlar qəbul edilmişdir. Onun göstərişi ilə 1994-cü ildə Gənclər və idman Nazirliyi yaradılmış, bu nazirliyin köməyi ilə Gənclərin təhsilə elmə, idman və fiziki hazirlıqlara yiyələnmələri üçün  böyük təşəbbüslər göstərilmişdir. Ölkəmizdə quruculuq işləri üçün kadrların hazırlanmasında mütəxəsislərin, yetişdirilməsində bazar iqtisadiyyatının tənzimlənməsinə dair təhsil müəsisələri olmadığımdan Ulu öndər yülərlə bilikli gəncləri dünyanın aparıcı universitetlərinə göndərmiş, onlar oxuyub qayıtdıqdan  sonra vətənə öz töhfələrini vermişlər. Ulu öndər qeyd edirdi  ki,hər bir azərbaycan gənci hər şeydən çox ,hər şeydən artıq Müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Ulu öndər Heydər Əliyevdə  ənənə olaraq hər il fevralın 2-si Gənclər formu günü keçirilir. Bu forum günlərində Müstəqil Azərbaycan Respublikası gəncləri qarşısında qoyulan mühüm vəzifələrin yerinə yetirilməsi yolları müəyyənləşdirilir, görüləcək işlər müzakirə olunur. Ulu öndərin davamçısı olan Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevə  Azərbaycanda gənclərin ictimai – siyasi cəhətdən fəal, əqli və fiziki cəhətdən sağlam yetişmələri  üçün mühüm işlər görmüş və bu gün  də görməkdədir . Məhz İlham Əliyevin Azərbaycan Olimpiyada Komitəsinin Prezdenti olmağı sayəsindədir ki, idmanlarımız dünya arenalarında qələbə bayrağın yüksəklərə  qaldırlar. Olimpiya və dünya çempiyonlarında qazanılmış uğurlar, Azərbaycanı idman ölkəsi  kimi tanımaqdadır.
Dövlətimizin və Cənab Prezdentimizin qayğısı nəticəsindədir ki, gənclərimizdə hərbi-vətənpərvərlik tərbiyəsi yüksək təzahür etmişdir. Hər bir gənc vətənin müdafiəsi üçün canından kecməyə hazırdır. Erməni işğalına qarşı aparılan 44 günlük müharibədə gənc əsgərlərimiz elə qəhrəmanlıqlar göstərdilər ki,ən güclü ölkələr belə əsgərlərimizin vətən uğrunda apardıqları fədakarlıqlara  çox böyük qiymət verdilər. Bu gün 18 yaşı tamam olmuş hər bir Azərbaycan gənci vətənin qorunmasında canla başla hazırdır. Vətənin bu günki gənc oğlu sabahın atasıdır. Azərbaycan oğulları bu estafeti qoruyub saxlayır, nəsildən -nəsilə ötürür.
Dövlətimiz layiqli gənclərin sayəsində həm hərbi siyasi, iqtisadi cəhətdən inkişaf edir, möhkəmlənir, dünyada tanınır.


Balaxanı qəsəbəsi 259 nömrəli tam orta məktəb 
İbtidai sinif müəllimi Günay Allahverdiyeva 


Tarix: 2-02-2024, 10:12 Oxunub: 41


Bölməyə aid digər xəbərlər
1-02-2024, 10:54 Gənclik-gələcəyimizdir
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası