12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı




Xocalı şəhərini Ermənistan Silahlı Qüvvələri işğal edərkən , buranın  yerli əhalisi olan  Azərbaycan türklərinə qarşı soyqırım hadisəsi törətmişdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilmişdir. 30 ilə yaxın idi ki Azərbaycan əhalisi Xocalı faciəsi nəticəsində həyatını itirənlərin qisasının alınacağı günü səbrsizliklə gözləyirdi. Və nəhayət o gün çatdı. 27 sentyabr  2020-ci ildə baş verən  Vətən müharibəsində Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə  “Dəmir yumruq” əməliyyatına başladı. 44 gün davam edən misli görünməmiş bu müharibədə  misilsiz qəhrəmanlıq göstərən igidlərimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalıda baş verən faciənin qurbanlarının qisasını aldı və almaqda da davam etdi. 30 illik həsrətə son qoyuldu.  Şəhidlərimizin qanı yerdə qalmadı. Davamı olaraq 2023-cü ilin sentyabrın 19-da Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə erməni silahli birləşmələri arasında toqquşma baş verdi. Azərbaycanın Müdafiə Nazirliyinin “Antiterror əməliyyatı” adı verdiyi bu silahlı toqquşma Azərbaycan Silahlı Qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılırdı. Hərbi əməliyyatlar  sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. 24 saat davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid oldu, 511 hərbi qulluqçusu isə yaralandı. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 
      Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib kimi ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirir:  “Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq Qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq”.
   
Bilgəh qəsəbəsi,  142 nömrəli tam orta məktəbin 
Tarix müəllimi Sevda Kamilova


Tarix: 21-02-2024, 12:00 Oxunub: 55


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram