16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
10:58 / 22-11-2024
III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
10:53 / 22-11-2024
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
10:43 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
10:14 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
10:07 / 22-11-2024
Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
09:05 / 22-11-2024
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
09:00 / 22-11-2024
Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir
08:53 / 22-11-2024
Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
08:49 / 22-11-2024
Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı: “Dərhal çıxın”
16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da 8 mart - Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Hansı tarixi-siyasi kontekstdə meydana gəlməsindən asılı olmayaraq, bu bayram ölkəmizdə qadın anlayışının, qadın məfhumunun mədəni və mənəvi yükünün, dəyərinin xatırlanması ilə səciyyələnir.
Uzaq tariximizdə Azərbaycan qadını sərkərdəlik, qəhrəmanlıq, sənət, söz-yaradıcılıq, elm sahibi kimi iz qoyub. Bir əsr əvvələ qayıtsaq, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Müstəqillik dövründə ölkəmizdə sistemləşmiş qadın siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. O, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.
Hazırda ölkəmizin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir.
Ölkəmizdə qadınlara dair dövlət siyasətinin effektivliyini təmin etmək üçün 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır.
Bununla yanaşı, ölkəmizdə qadın hüquqlarının müdafiəsi, gender siyasəti, qadınların cəmiyyət həyatında, o cümlədən idarəçilikdə işitrakını stimullaşdırmaq üçün qanunvericilik aktları mövcuddur.
Qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunur.
Torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam şəkildə bərpası işində də Azərbaycan qadını öz möhtəşəm rolunu oynadı. Ana kimi, döyüşçü kimi, vətəndaş kimi, məmur kimi.
İndi, Azərbaycan öz bütövlüyünə qovuşduğu bir vaxtda hər bir Azərbaycan qadını əsl bayram haqqına sahibdir.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova
Bölməyə aid digər xəbərlər

Tarix: 11-03-2024, 13:51 Oxunub: 55
Bölməyə aid digər xəbərlər
7-03-2024, 12:12
Ölkədə qadın siyasətinin əsasını qoyan şəxs
5-03-2024, 15:47
Eltun Süleymanov: “ Azərbaycan qadını şərəflidir”
5-03-2024, 15:42
Aqiyə Naxçıvanlı: “Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər”
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
8-03-2023, 10:50
Eltun Süleymanov: "Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir"
8-03-2023, 10:10
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
7-03-2023, 10:03
Eltun Süleymanov: "Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir"
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
28-05-2022, 08:51
Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO