Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır. Bu mərhələnin əsası isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ildə Azərbaycana rəsmi səfərinin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”sinin qəbul edilməsi ilə başlayır. İndiki dövrdə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli layihələr gerçəkləşdirilir.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında onu da qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Ölkə başçısı həmçinin bildirdi ki, TransXəzər nəqliyyat dəhlizi artıq reallıqdır və özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Belə ki, hər iki ölkədə dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib. Prezidentlər Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Bu, iki ölkənin əməkdaşlığının mahiyyətində qarşılıqlı fəaliyyətin strateji xarakter daşıması dayanır.
Elmar Allahverdiyev-Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun direktoru
Bölməyə aid digər xəbərlər