16:00 / 30-01-2025
Artıq beynəlxalq nizam yox, güclülərin hökmranlığı var - Politoloq
15:30 / 30-01-2025
Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
13:16 / 30-01-2025
İlham Əliyev Trampa başsağlığı verdi
12:45 / 30-01-2025
Nazir: Tbilisi İrəvanla Bakıya kömək etməyə hazırdır
12:38 / 30-01-2025
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
12:33 / 30-01-2025
Anti-Azərbaycan mövqeyi ilə tanınan senator 11 il azadlıqdan məhrum edildi
11:34 / 30-01-2025
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
11:30 / 30-01-2025
Bu da Zəngəzur dəhlizinin tuneli - Video
11:24 / 30-01-2025
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
10:41 / 30-01-2025
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində...
10:36 / 30-01-2025
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar verildi
09:55 / 30-01-2025
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
09:51 / 30-01-2025
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
09:21 / 30-01-2025
Nazir getdi, nazirlik də ləğv olunur?
09:19 / 30-01-2025
Əhməd əl-Şaraa Suriyanın Prezidenti elan edildi
09:16 / 30-01-2025
Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
09:15 / 30-01-2025
İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...
09:09 / 30-01-2025
İcra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə HƏLAK OLDU - Adları məlum oldu - YENİLƏNİB
09:00 / 30-01-2025
Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
08:32 / 30-01-2025
Helikopterlə sərnişin təyyarəsi toqquşdu - Ölənlər var - VİDEO
21:57 / 29-01-2025
Azərbaycanda bələdiyyə seçkisidə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB
12:00 / 29-01-2025
PA rəhbəri də səs verdi - Fotolar
11:54 / 29-01-2025
Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib
10:44 / 29-01-2025
“Taksilərin sayı 67 mindən 30 minə salınıb, mərkəzə səfərlər kəskin azalıb”
10:11 / 29-01-2025
İlham Əliyev Si Cinpini təbrik etdi
09:53 / 29-01-2025
Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı
09:46 / 29-01-2025
Sumqayıtda arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
09:40 / 29-01-2025
Saat 10:00-a olan seçici fəallığı: Ortalama seçici fəallığı 8,38 faiz olub
09:17 / 29-01-2025
Putin konkret vaxt açıqladı: Hər şey bu müddətə...
Cənab İlham Əliyevin liderliyi altında Azərbaycan xalqı əminliklə gələcəyə baxır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın gələcək inkişafına dair strateji baxışları və qlobal siyasətdə mövqeyini ortaya qoyan tarixi əhəmiyyətə malikdir. Bu müsahibə, həm ölkə daxilində, həm də beynəlxalq arenada cənab İlham Əliyevin liderliyinin təcəssümü kimi qiymətləndirilməlidir. Dövlət başçısının dərin təhlili və uzaqgörən açıqlamaları, Azərbaycanın inkişafında yeni mərhələnin əsasını təşkil edir. Sirr deyil ki, Azərbaycanın müstəqil ölkə kimi güclənməsi onun düşmənlərinin, rəqiblərinin kinini, qəzəbini artırır. Qərb dairələrinin həyata keçirdiyi prosesləri bu mərhələdə bir növ soyuq müharibə də adlandırmaq olar. Təhlükəsizlik və hərbi məsələlər üçün ayrılan vəsaitlərə, dünən yenə Ermənistan hərbi birləşmələri Azərbaycan ərazilərini növbəti dəfə atəşə tutmasına gəlincə cənab Prezident bildirib ki, “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil”. Ölkə başçısı deyib ki, “Narahatedici digər fakt odur ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni, biz ikitərəfli danışıqlar formatının tərəfdarıyıq və əlbəttə ki, Azərbaycan bu məsələnin tərəfi kimi öz mövqeyini müdafiə edəcək”. Fransa-Azərbaycan münasibətlərinə toxunan ölkə rəhbəri deyib: “Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi, bunu məhz belə şəxsi planda qəbul edirdilər. Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz. 44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə - altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri, “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizin artıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyə bilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq”. Cənab Prezident fikrini davam etdirərək deyib: “ Mən prinsipcə heç vaxt danışmadığımız bir məsələni də çatdırmaq istəyirəm, zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür. Hər dəfə hansısa bir mərhələ olur, sonra yenidən boşluq, sükunət yaranır”. Cənab Prezident İran-Azərbaycan münasibətlərinə də toxunub; “ İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm. O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox? İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır”. Son olaraq onu da deməliyəm ki, Prezident İlham Əliyev nəinki Azərbaycanın milli maraqlarını qorumaq üçün qətiyyətli addımlar atır, həm də beynəlxalq aləmdə ölkəmizin mövqeyini gücləndirmək üçün böyük səylə çalışır. Onun balanslı və müdrik siyasəti nəticəsində Azərbaycan bölgədə sabitliyin təminatçısına, iqtisadi və strateji güc mərkəzinə çevrilir. Bu müsahibə həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesaj oldu. Azərbaycan xalqı belə müdrik, uzaqgörən və prinsipial liderlə fəxr edir. Onun ətrafında sıx birləşərək, dövlətimizin daha da güclənməsi üçün hər zaman hazırdır!
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 10-01-2025, 13:00 Oxunub: 8
Bölməyə aid digər xəbərlər
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
7-10-2022, 09:13
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib - YENİLƏNİB
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU