13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
Türkiyənin nüfuzlu həmkarlar ittifaqlarından olan KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
AİA.Az xəbər verir ki, sentyabrın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov və KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçi nümayəndə heyətləri ilə birgə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğul və qızlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Qonaqlar həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, türk şəhidlərinin xatirəsinə ehtiram göstərilib.
Bakının ən hündür zirvəsindən şəhərin mənzərəsini seyr edən nümayəndə heyətinə paytaxtda aparılan quruculuq işləri barədə məlumat verilib.
Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev qurumun binasında türkiyəli həmkarları ilə görüşüb.
Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.
AHİK sədri bildirib ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, biri-birini hər zaman bütün müstəvilərdə ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur. Onun sözlərinə görə, iki ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatdırılması Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub, təşkil olunan qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq əlaqələri daha da möhkəmlənib.
AHİK sədri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev prezident seçildikdən sonra da Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin mühüm tərəfini təşkil edir. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da dərinləşməsinə, xalqlarımızın yaxınlaşmasına səbəb olub.
S.Möhbalıyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə hakimiyyəti və xalqı bütün dünyaya Azərbaycanla həmrəy olduqlarını bir daha göstərdilər. Görüşdə AHİK sədri Şuşa Bəyannaməsinin əhəmiyyətindən, Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən və bu prosesdə Türkiyə şirkətlərinin yaxından iştirakından söz açıb.
S.Möhbalıyev Ermənistanın bu il sentyabrın 13-də törətdiyi növbəti hərbi təxribata diqqət çəkərək bildirib ki, işğalçı ölkə hələ də sülh prosesində maraqlı görünmür, təcavüzkar əməllərə əl atmaqda davam edir. S.Möhbalıyev həmçinin baş verən hərbi təxribatlara Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildiyini də diqqətə çatdırıb. Bildirib ki, son hərbi təxribatlar zamanı şəhid olan hərbçilərin övladlarının AHİK tərəfindən himayəyə götürülməsi nəzərdə tutulub.
Daha sonra Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, qurum ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində mühüm işlər görür. Eləcə də işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafeləri yüksək səviyyədə təmin olunur, kollektiv danışıqlar aparılır, kollektiv müqavilələr, sazişlər bağlanılır və onların yerinə yetirilməsinə nəzarət həyata keçirilir. İttifaq üzvlərinin, onların ailələrinin sağlamlığı, sanatoriya-kurort müalicəsi və istirahətləri, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsi daim Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzindədir.
Konfederasiya sədri əlavə edib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələr gündən-günə güclənir, hərtərəfli təcrübə mübadilələri aparılır, əməkdaşlığa dair müxtəlif sənədlər imzalanır. S.Möhbalıyev əminliyini ifadə edib ki, əlaqələrimiz bundan sonra da genişlənəcək və inkişaf edəcək.
Səmimi qəbula görə təşəkkür edən KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçi Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünyaya nümunəvi səviyyədə olduğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər bütövlükdə Türk dünyasının parlaq qələbəsidir. O, Ermənistanın son zamanlar törətdiyi hərbi təxribatları qətiyyətlə pisləyərək bu cür hərəkətlərin münasibətlərin nörmallaşmasına mane olduğunu diqqətə çatdırıb. Ö.Kahveçi türkiyəlilərin bundan sonra da azərbaycanlılarla həmrəy olacaqlarını deyib. Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında əlaqələrdən danışan qonaq bu münasibətlərin günü-gündən inkişaf etdiyini, təşkil olunan qarşılıqlı səfərlərin, aparılan təcrübə mübadilələrinin əməkdaşlığın dərinləşməsinə səbəb olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.
Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-09-2022, 14:20 Oxunub: 72
Bölməyə aid digər xəbərlər
5-09-2022, 14:17
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib – YENİLƏNİB
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
25-08-2022, 23:09
MEHRİBAN ƏLİYEVAYA XAS OLAN YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR BİR MƏDƏNİYYƏT MƏKTƏBİ KİMİ ÖYRƏNİLMƏLİDİR
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
24-05-2022, 18:32
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarı ilə görüşüb - FOTOLAR
10-05-2022, 12:27
AHİK-in rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
10-05-2022, 09:41
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB
8-05-2022, 10:11
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib - FOTOLAR
6-05-2022, 19:00
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
28-04-2022, 12:33
Prezident “Zərifə Əliyeva” gəmisinin istismara verilməsi mərasimində - YENİLƏNİB + FOTO
28-04-2022, 08:51
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 99 il ötür
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO