16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi milli dirçəliş prosesinin özülü oldu
1990-1993-cü illərdə həm Ermənistan tərəfindən ardıcıl olaraq hərbi həmlələrə məruz qalan, həm də o zamankı ölkə rəhbərliyi tərəfindən sıxışdırılan, təzyiq göstərilən Naxçıvan tarixin ən çətin sınaqlarını yaşamalı olmuşdur.ağır iqtisadi böhran, nəqliyyat-komunikasiya əlaqələrinin kəsilməsi, sərt iqlim şəraitində mübarizə aparmq olduqca çətin idi. Siyasi burulğanlar dövründə xalqı fəlakətdən qurtaracaq şəxsiyyətə ehtiyac duyulurdu. Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə Muxtar Respublika Ali Məclisinin I sessiyası keçirildi. Sıravi xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. Həmin sesiyada qəbul edilən çox mühüm tarixi qərarlardan biri də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsidir. Bundan az sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”;
Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında isə yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev dedi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır..."
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Bu seçimlə Ulu Öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.
Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə muxtar respublikanın dünyanın digər ölkələri və beynəlxalq qurumları ilə də münasibətlərinin əsası qoyulmuşdu. Həmin dövrdə bölgəni ağır vəziyyətdən çıxarmaq üçün Heydər Əliyev gərgin diplomatik fəaliyyət göstərmiş, Azərbaycanın, muxtar respublikanın problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etmişdi
Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. O ağır dövrdə Naxçıvanın Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri Muxtar Respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Naxçıvan Muxtar Respublikasının qonşu Türkiyə vilayətləri - Qars, İqdır, Ağrı, Ərzurum, Van ilə də əlaqələri yaranır və möhkəmlənirdi. Heydər Əliyev Türkiyədə səfərdə olarkən dəfələrlə bu bölgələrdə olmuş, həmin vilayətlərin nümayəndə heyətləri də öz növbəsində Naxçıvana işgüzar səfərlər etmişdilər. Xüsusən, Qars və İqdır vilayətləri ilə əlaqələr sürətlə, yüksələn xətt üzrə inkişaf edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik etdiyi dövrdə xarici əlaqələrin sıx inkişaf etməyə başladığı ikinci dövlət Azərbaycanın cənub qonşusu olan İran İslam Respublikası idi. Ölkəmiz müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikası Azərbaycan-İran siyasi, iqtisadi, mədəni əlaqələrində öz coğrafi şəraitinə görə, eyni zamanda, düşdüyü blokada vəziyyətinə görə mühüm və əhəmiyyətli rol oynamağa başladı. Bu səbəbdəndir ki, hələ də Azərbaycan dövləti öz tərkib hissəsi olan Naxçıvanla nəqliyyat-kommunikasiya əlaqələrini İran ərazisi ilə həyata keçirir. Müstəqilliyin ilk dövründə Azərbaycan-İran münasibətləri heç də hamar olmamış, istənilən səviyyədə qurulmamışdı. Xüsusən, Xalq Cəbhəsinin iqtidarı dövründə İrana münasibətdə radikal çağırışlarla müşayiət olunan hərəkətlər iki dövlət arasında kifayət qədər problem yaratmışdı. Belə şəraitdə Naxçıvana uğurla rəhbərlik edən Heydər Əliyev öz uzaqgörən siyasəti ilə qonşu dövlətlə münasibətləri müəyyən qədər tarazlaşdırmağa, bununla da, Muxtar Respublikanın iqtisadi çətinliklərini bir qədər yüngülləşdirməyə nail ola bilmişdir.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə qonşu İran, Türkiyə rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın, onun Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən təcavüzə məruz qalması ilə bağlı problemləri ön plana çəkir, bütün diplomatik fəaliyyətini həmin problemin həllinə yönəldir-di. Bütün bu diplomatik gedişlər isə iqtisadi blokadanın ağır məngənələri altında yaşayan Naxçıvanın çətin imtahanlardan uğurla çıxmasına şərait yaratdı.
Taleyini xalqın taleyi ilə bağlayan, bütün şüurlu fəaliyyətini Azərbaycanın inkişafına və çiçəklənməsinə, azad, müstəqil dövlətin qurulmasına həsr edən Ulu Öndərin xalq qarşısında xidmətləri tariximizin qızıl səhifələrinə çevrilir. İllər ötdfükcə, siyasi hadisələrin mahiyyəti daha da aydınlaşır. O gərgin dövrdə yuxarıda qeyd etdiyim mühüm qərarlara imza atan, xalqın milli birliyini təmin edən Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində taleyüklü, əlamətdar və ümummilli önəm daşıyan bir hadisədir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon Təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 31-08-2022, 11:36 Oxunub: 83
Bölməyə aid digər xəbərlər
30-08-2022, 09:53
Aqiyə Naxçıvanlı: Ulu Öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün artıq Qarabağda dalğalanır
15-06-2022, 09:09
Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir
26-05-2022, 19:49
Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
10-05-2022, 09:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
8-05-2022, 14:54
Xalqın rifahı və dövlətin inkişafına həsr olunmuş həyat
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
18-01-2022, 14:44
Əli Hüseynov: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu
22-11-2021, 10:14
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİON DETALLAR - FOTO/VİDEO
17-11-2021, 09:00
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək