12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ağdam azaddır!





Ağdam sürətlə yenidən qurulur və artıq çox az müddətdən sonra bir zamanlar erməni işğalı səbəbindən öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər. Bu gün Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlərin miqyası və əhatəliliyi bunu deməyə əsas verir. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişləri əsasında artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna etdikləri növbəti səfər də bu proseslərin dövlətin xüsusi diqqətində saxlandığını bir daha təsdiq edir. Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun məruz qaldığı erməni vandalizminin nəticələrinin tezliklə tamamilə aradan qaldırılmasına və bu torpaqların yenidən dirçəlməsinə misilsiz töhfələr verəcək.
Bu gün regionda qeyri-sabitlik yaratmağa meyilli olan qüvvələr hələ də Cənubi Qafqazda gedən mütərəqqi prosesləri əngəlləməyə çalışırlar. Bu, ilk növbədə əlbəttə ki, Ermənistanda mövcud olan və xalqı qeyri-real revanşist ideyalarla yenidən və bu dəfə artıq daha dərin uçuruma doğru aparmağa çalışan qüvvələrə aiddir. Məhz bu qüvvələrin təsiri altında rəsmi İrəvan hələ də üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin icrasını həyata keçirməkdə lazım olan fəallığı nümayiş etdirmir. Lakin bu qüvvələr də bilməlidirlər ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməlidir və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələ biləcəyini də hər kəs dərk etməlidir. Bu gün Prezident İlham Əliyev tərəfindən görülən işlər, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələr bunu hər zaman xatırlamalıdırlar.
Səriyyəxanım Səfərova - 7 saylı Birləşmiş Şəhər xəstəxanasının baş həkimi 


Tarix: 7-10-2022, 13:32 Oxunub: 18


Bölməyə aid digər xəbərlər