44 günlük II Qarabağ Müharibəsində qəhrəmancasına vuruşan, son damla qanınadək döyüşən, şəhid olan, qazi olan əsgərlərimizin, zabitlərimizin böyük bir qismi Qarabağdan ayaqyalın çıxarılan anaların qucağında dünyadan xəbərsiz körpələr idi. Onlar Qarabağ adlı doğma diyarı nağıllarda, hekayələrdə, romanlarda oxuyaraq, böyüklərin xatirələrindən dinləyib təsəvvürlərində canlandıraraq böyüyən gənclər idi. Bu gənclik Qarabağı görməmişdi, bu torpaqların eniş-yoxuşuna bələd deyildilər. Bələd olanlar isə 30 ilə yaxın müddətdə arsızcasına özgə malını özününküləşdirib sahib çıxanlar idi. Hələ bu da azmış kimi bu diyar haqqında yalançı miflər yaradıb dillər əzbəri etmişdilər. Lakin yalnız işinə yarayanların dillərinin əzbəri! Bir sözlə, II Qarabağ Müharibəsini obyektiv dəyərləndirdikləndikdə bu müharibədə düşmən tərəfinin böyük üstünlüklərinin olduğunu görə bilərik. Azərbaycan Ordusunun üstünlüyü isə nə gözlə görülə, nə də əl ilə tutula bilən. Bizi üstünlüklərimiz düşmənin hesaba almadığı hərbi strategiyamız, vətən sevgimiz və torpaq həsrətimiz idi. Həqiqəti bilmək və ona inanmaq bizi qalib edən amillərdəndir! Bu, Ali Baş Komandana, Azərbaycan xalqının inamı idi.
Əbəs yerə deyildir ki, Anım Gününə həsr olunmuş xatirə lövhəsi məhz Füzuli rayonunun Qaraxanbəyli kəndində inşa edilmişdir. Dövlətimizin başçısı, Prezident cənab İlham Əliyev və birinci xanım çox hörmətli Mehriban xanım Əliyeva 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoydular. Füzuli rayonu Zəfər salnaməsinin yazılmağa başlandığı, düşmən üçün hərbi-strateji əhmiyyətə malik ərazi idi. Onlar heç təsvvür belə etməzdilər ki, 30 ilə yaxın müddətdə ovuc içi qədər bələd olduqları bu istiqamətdən birinci müdafiə xəttini yararaq biz Zəfər yürüşümüzə başlayarıq. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Biz bununla, erməni uydurmalarının da, yaratdıqları “yenilməz erməni ordusu” və bunun kimi onlarla mifologiyanı da məhv etdik.. Beləliklə, erməni mifologiyası tarixin yaddaşından silinməyə Füzuli şəhərindən başladı.
Qürurverici haldır ki, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha da işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Möhtərəm Prezident İlham Heydər oğlu Əliyevin əlindədir.
Sadıqov Kərəm - Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi MMC-nin Sabunçu rayon filialının direktoru
Bölməyə aid digər xəbərlər