12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baş nazirdən işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərlə bağlı QƏRAR

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluğunun təşkilini təmin edilməsi ilə bağlı Qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında (bundan sonra - yerli qurumlar) işsiz və işaxtaran (qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunsunlar.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etsin;
2.2. özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirsin;
2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Bizimlə əlaqə saxlayın


Tarix: 28-07-2020, 00:07 Oxunub: 100


Bölməyə aid digər xəbərlər