Əhməd işi: taksilər yoxlanır, onlayn ödəniş dayandı

Əhməd işi: taksilər yoxlanır, onlayn ödəniş dayandı


Fevralın 13-də taksi sürücüsü olmuş Əhməd Əhmədovun ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinməsindən sonra dünəndən etibarən Bakıda fəaliyyət göstərən bütün taksi sürücüləri kütləvi şəkildə narkoloji testdən keçiblər.

Bu barədə taksi sürücülərindən biri məlumat verib.

“Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüləri narkoloji testə göndəriblər”, - məlumatda qeyd olunub.

Həmçinin qeyd edilib ki, onlayn ödəniş sistemi də fəaliyyətini dayandırıb və hazırda heç bir taksiyə görə onlayn ödəniş etmək mümkün deyil. Yeni qanunvericiliyə uyğun olaraq lisenziya alan taksi sürücüləri üçün onlayn ödəniş sistemi bərpa ediləcək.

© Axar.az 

Tarix: 16-02-2024, 12:31 Oxunub: 44


Bölməyə aid digər xəbərlər