17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
16:00 / 25-11-2024
"Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb
15:30 / 25-11-2024
Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
14:22 / 25-11-2024
Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
13:58 / 25-11-2024
Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
12:42 / 25-11-2024
Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
12:02 / 25-11-2024
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
11:33 / 25-11-2024
XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
11:14 / 25-11-2024
Baş nazir Milli Məclisdə çıxış edəcək
09:57 / 25-11-2024
Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
09:54 / 25-11-2024
Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
09:02 / 25-11-2024
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
09:00 / 25-11-2024
Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
08:58 / 25-11-2024
Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
08:53 / 25-11-2024
Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
08:49 / 25-11-2024
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
08:44 / 25-11-2024
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
08:40 / 25-11-2024
İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
08:36 / 25-11-2024
Bu gün Kəlbəcər Şəhəri Günüdür
16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
Eldar Quliyev: Azərbaycan hər zaman sülhü, inkişafı dəstəkləyir
Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə vermişdi. Azərbaycan postmüharibə mərhələsinə kimsədən asılı olmayan və iqtisadi dinamik inkişaf edən müstəqil dövlət kimi qədəm qoydu. Eyni zamanda Qələbədən sonra nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi və digər təşəbbüslər üçün imkanlar yarandı. Bu dəhlizlərin açılması Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Orta Dəhliz məsələsinə həsr olunan konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi potensialın vacib olduğunu, bunlar olmadan Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmağın mümkünsüzlüyünü qeyd edib.
İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir var olan sabitlik bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması üçün çox vacibdir.
Azərbaycanın coğrafiyası bu gün hər kəsə yaxşı məlumdur. Bizim Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün Azərbaycan yük qatarlarının sürətini artırmaq üçün yeni, müasir dəmir yolları tikir. Dünyada yeni geosiyasi vəziyyətin mövcudluğuna və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət olduğuna görə dəniz ticarət limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub.
Ölkəmizdə eyni zamanda hava limanlarının da layihələri artıq tamamlanır. Hal-hazırda Laçında hava limanı tikilməkdədir. Laçın hava Limanı işğaldan azad olan ərazilərimizdə tikilən üçüncü Beynəlxalq Hava limanıdır. Bundan sonra daha altı hava limanı tikilərək, sərnişin və yük daşınmaları üçün tikilən hava limanlarının sayı doqquza çatdırılacaqdır.
Beynəlxalq konfransda Prezident İlham Əliyevin növbəti dəfə yeni reallıqlara aydınlıq gətirməsi, ölkəmizin öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa hazır olması da onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir. Azərbaycan Prezidenti konfransdakı çıxışında İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması barədə fikirlərini ifadə edərək İsraildə səfirliyin və Fələstində Təmsilçilik Ofisinin açılmasının milli maraqlara əsaslandığını bildirib. Dövlət başçısı bu qərarın sülhün möhkəmlənməsi işinə və bu dövlətlərdə uzunmüddətli, səmərəli əməkdaşlığa xidmət edəcəyini qeyd edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-12-2022, 11:00 Oxunub: 40
Bölməyə aid digər xəbərlər
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU