10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Səttar Möhbalıyev: “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar lider kimi əbədi yaşayacaq”

Azərbaycanın şanlı tarixini şərəfləndirən həm də xalqının tarixində dərin iz buraxmış şəxsiyyətlərdir. Həmin insanlar yalnız xalqını düşünmüş, onun müstəqilliyi, azad, sərbəst dövlətdə yaşaması üçün çalışmış, Vətən analyışını ən ali dəyər hesab etmişlər, bu yolda yorulmadan mücadilə aparmışlar. Hər zaman dünyada öz müdrikliyindən bəhs etdirmiş xalqımız isə onun taleyində mühüm rol oynamış həmin şəxsiyyətlərin adını daim uca tutub, tarixinin ən şanlı səhfələrində qızıl həriflərlə həkk edib, ideyalarını qoruyaraq gələcək nəsillərə ötürüb. Onların ideyalarının ana xəttini isə xalq və Vətən analyışları təşkil edib. Məhz xalqımızı yaşadan, zamanın ağır sınaqlarından üzüağ çıxaran, ona xoşbəxt həyatı bəxş edən də həmin idealardır ki, bu gün də xalqımızın milli sərvəti kimi qorunub saxlanılır. Belə dahi şəxsiyyətlərdən biri də gördüyü misilsiz işlərlə xalqının əbədi olaraq ümummilli liderinə çevrilmiş Heydər Əliyev fenomenidir. Bir insan olaraq Heydər Əliyevin düşüncələrinin, fəaliyyətinin mərkəzində yalnız Azərbaycan və onun müdrik xalqı var idi. O ancaq xalqı üçün yaşadı, nə etdisə xalqının xöşbəxtliyi, səadəti üçün etdi. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin, gördüyü genişmiqyaslı işlərin nəticəsi bu gün dünyada şanı-şöhrəti dillər əzbəri olan müstəqil Azərbaycandır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Heydər Əliyev hər zaman güclü, qüdrətli Azərbaycan görmək istəyirdi. Respublikamıza rəhbərlik etdiyi müxtəlif dövrlərdə kiçik uğurlarala kifayətlənməyərək daha inkişaf etmiş Azərbaycan naminə yorulmadan mübarizə aparırdı. Məlumdur ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqında bütün göstəricilərinə görə geridə idi. Məhz onun xidmətləri sayəsində bütün sahələrdə Azərbaycanın tərəqqisi başladı, Respublikamızda sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşadı. Ölkəmizdə başdan-başa tikinti-quruculuq işləri həyata keçirildi, yeni zavodlar, fabiriklər açıldı. Həmçinin xalqın milli şüurunun oyanmasında son dərəcə əhəmiyyətli işlər gördü, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməllər müəyyənləşdirdi. Bir sözlə, milli ruhlu Heydər Əliyev imperiyanın tərkibində olsa belə, özünü hər cəhətdən təmin edə bilən, müstəqil yaşamağa hazır olan bir Respublika formalaşdırdı və xalqını inandırdı ki, o, müstəqil yaşaya bilər, suveren dövlətə sahib ola bilər. Məhz Ulu Öndərin bu ideyaları Azərbaycan xalqının milli azadlıq mücadiləsinə parlaq işıq tutdu. O, xalqının gücünə, qüdrətinə, mübarizə əzminə, intellektul potensialına tamamilə inanırdı. Əmin idi ki, Azərbaycan xalqı bir gün öz müstəqil dövlətinə sahib olacaq”, - Milli Məclisin deputatı deyib.
“Məhz bu addımların davamı olaraq ilk dəfə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Hamımıza məlumdur ki, bu işləri görmək həmin vaxt nə qədər məsuliyyətli və ağır idi. Amma Heydər Əliyevin qətiyyəti, prinsipallığı, dəmir iradəsi, həmçinin xalqına olan sonsuz məhəbbəti və müstəqillik arzuları onu heç nədən çəkindirə bilməzdi. O, xalqının azadlığı yolunda real addımlar atırdı, - S.Möhbalıyev qeyd edib.
“Müstəqilliyin ilk illərindəki Azərbaycana bir nəzər salaq, ölkədə xaos, anarxiya, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ardıcıl cəbhədə məğlubiyyətlər, ölkəmizə qarşı xaricdən çirkin planlar və daha nələr... Xalq əmin idi ki, düçar olduğu bəlalardan onu yalnız Heydər Əliyev xilas edə bilər. Tarix Azərbaycan xalqının nə qədər haqlı olduğunu sübut etdi. Təbii ki, Ulu Öndərin Azərbaycanın taleyində gördüyü işləri saymaqla qurtarmaq olmaz, amma ümumiləşdirib onu deyə bilərik ki, o, qüdrətli bir ölkənin əsasını qoydu, onu inkişaf etdirdi, dünya dövlətləri sırasına ucaltdı və bu işləri o, qısa bir müddətdə icra etməyi bacardı. Azərbaycanı tam müstəqil dövlətə çevirdi, beynəlxalq aləmdə layiqli yerini müəyyən etdi. Bu gün özünün ən xoşbəxt taleyini yaşayan Azərbaycan xalqı Ulu Öndərə minnətdardır, onu dərin ehtiramla yad edir. Əminik ki, gələcək nəsillər də onlar üçün güclü bir dövlət quran, xoşbəxt yaşamaları naminə ideyalar müəyyənləşdirən Ulu Öndərin adını daim uca tutacaq və əbədi yaşadacaq”, - AHİK sədri qeyd edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-12-2022, 09:22 Oxunub: 115
Bölməyə aid digər xəbərlər
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-11-2022, 23:04
DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
1-10-2022, 11:33
S.Möhbalıyev: “Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır”
1-08-2022, 09:31
Səttar Möhbalıyev: “Ana dilimizin zənginləşdirilməsi və saflığının qorunması istiqamətində mühüm işlər görülür”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO