11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika

Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika


Türkiyə Baltik ölkələrinin hava məkanını qorumaq üçün NATO missiyasına qoşulur.

Türkiyə avqust ayından etibarən NATO-nun Baltik ölkələrinin hava məkanının mühafizəsi missiyasında iştirak edəcək.

Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus beş ədəd F-16 qırıcısı və 181-ci Reaktiv Eskadrilyanın 76 nəfərlik şəxsi heyəti Estoniyanın Emari aviabazasında yerləşdiriləcək.

Türkiyənin “Anadolu” Agentliyinin məlumatına əsasən, kontingent avqustdan noyabr ayınadək Estoniyada xidmət aparacaq və NATO-nun “Baltik Hava Polisi” missiyası çərçivəsində bölgənin hava sərhədlərinin 24 saat fasiləsiz mühafizəsini təmin edəcək.

Ekspertlər hesab edirlər ki, bu addım NATO-nun Rusiya fonunda alyans daxilində həmrəyliyi nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda, Ankara bununla müstəqil xarici siyasət yürütməsinə baxmayaraq, kollektiv müdafiə öhdəliklərinə sadiq qaldığını göstərir.

Siyasi müşahidəçilərin fikrincə, Türkiyənin Baltik ölkələrindəki bu fəaliyyəti həm də onun türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlıq siyasətinə yeni prizmadan baxılmasına səbəb olur. Müşahidəçilər qeyd edirlər ki, Türkiyənin Baltik regionunda NATO missiyasında fəal iştirakı Ankaranın həm regional ambisiyalarını, həm də alyans qarşısındakı öhdəliklərini paralel şəkildə həyata keçirdiyini nümayiş etdirir.

Maraqlıdır ki, erməni mediası bu mövzuya panik və ağrılı reaksiya verib. Xəbəri hətta “Baltik ölkələri üzərində Osmanlı qanadları” başlığı ilə təqdim ediblər. İrəvanda narahatlıq yaradan əsas məqam Türkiyənin Baltikdə F-16-larla xidmət aparması deyil, Ankaranın eyni vaxtda həm NATO-nun kollektiv müdafiə sistemində mühüm rol oynaması, həm də türk dövlətləri ilə hərbi inteqrasiyanı genişləndirməsidir.

Tarix: Bu gün, 09:27 Oxunub: 1


Bölməyə aid digər xəbərlər