09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Natiq Rəhbəroğlu: Zaman keçdikcə Heydər Əliyev şəxsiyyəti daha uca zirvələrdə görünür

“Laçın” ticarət mərkəzinin müdiri Natiq Rəhbəroğlu - Bu gün Azərbaycan xalqı 19 il öncə əbədiyyətə qovuşmuş dahi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin anım gününü dərin hüzn və eyni zamanda xoş xatirələrlə yad etməkdədir. Zaman ölçüsündə cismən bizdən uzaqlaşdıqca Heydər Əliyevin əzəmətli şəxsiyyətinin cizgiləri daha aydın görünməyə başlayır. 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərin işığında bu fövqəlbəşər insanın həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti düşüncəmizdə daha dolğun əks olunur.
Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev Azərbaycan tarixinə xilaskarlıq missiyası ilə düşmüş və ölkəmizi zirvələrə qaldırmış nadir şəxsiyyətlərdən biridir. O, hər birimizin qan və qəlb yaddaşında qurucu dövlət xadimi və xalqın məhəbbətini qazanmış milli lider kimi yaşayır. Ona görə də Heydər Əliyevi səciyyələndirən epitetlərdən biri onun ən böyük azərbaycanlı olmasıdır.
Yeni, müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Onun obyektiv tarixi zərurət kimi 1993-cü ilin iyun ayında ölkə rəhbərliyinə gəlişi müstəqil Azərbaycanın qurtuluş təqvimi, ölkənin inkişaf strategiyasının dönüş nöqtəsidir. Məhz Heydər Əliyevin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli mübarizəsi nəticəsində respublikamız hərtərəfli inkişafa nail oldu, ictimai-siyasi sabitlik, sülh və əmin-amanlıq bərpa edildi, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi gerçəkləşdi.
Bu baxımdan dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması ilk növbədə Heydər Əliyevin tarixi xidməti kimi dəyərləndirilməlidir. Çünki məhz onun yenilməz siyasi iradəsi sayəsində dövrün tələblərinə uyğun sistemli inkişaf modeli yaradılmış və müstəqil Azərbaycan Respublikasının gələcək taleyi müəyyənləşmişdir. Həmin dövrdə ölkənin malik olduğu təbii resurslardan səmərəli istifadə edilməsi, uğurlu neft strategiyasının həyata keçirilməsi və hüququn aliliyinin təmin edilməsi istiqamətində yürüdülən siyasət dövlət quruculuğunun möhkəm təməllər üzərində inkişaf etdirilməsi üçün münbit zəmin yaratmış oldu. Bu addımlar növbəti mərhələlərdə genişmiqyaslı siyasi və sosial-iqtisadi islahatların reallaşdırılması ilə davam etdi. Ulu Öndərin insan hüquqları və demokratik dəyərlərə milli maraqlar kontekstində yanaşması ilə ölkəmizdə yeni inkişaf mərhələnin əsası qoyuldu.
Demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması, milli qanunvericiliyin müasir standartlara uyğun təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində təşəbbüsün ələ alınması, ölkə əhalisinin dinc və firavan həyat şəraitində yaşamasını təmin etmək kimi mühüm tarixi vəzifələr Heydər Əliyevin fəaliyyət proqramı müəyyən edən prioritet istiqamətlər olmuşdur. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyanın qəbul olunması ilə ölkənin əsas hüquqi, dünyəvi dövlətçilik modelinin əsas hüquqi bazası yaranmış oldu.
Həyatın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq milli mənəviyyatın təşəkkül tapması, tarixi soykökə qaydış və azərbaycançılıq prinsipləri Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini təşkil etmişdir. Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal iş üslubu onun hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr – 1969-1982-ci illər müasir Azərbaycan inkişaf tarixinə ilk dönüş mərhələsi kimi yazılmışdır. Belə ki, məhz həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı müstəqillik dövrünün sosial-iqtisadi bazasına çevrildi. Ümummilli Lider Azərbaycanı ən geridə qalmış respublikadan iqtisadi cəhətdən mərkəzdən asilı olmayan öncüllər sırasına çıxarmağa nail olmuşdu. Azərbaycanın o dövrdəki neqativ meyillərin təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması ittifaq miqyasında böyük əks-sədaya səbəb olmuşdu.
Sonrakı mərhələdə SSRİ-nin ali hakimiyyət orqanlarında mühüm siyasi postlarda çalışarkən Ulu Öndər öz amallarına və prinsiplərinə sadiqliyini, dünya miqyasında yüksək nüfuzunu qoruyub saxlamağa nail olmuşdur. Bu nüfuz Azərbaycanı daxili və xarici təhlükələrdən qoruyan əsas amil idi. Ona görə də Heydər Əliyev 1987-ci ildə Kremldən uzaqlaşdırıldıqdan sonra respublikada başlayan və müstəqillik çağırışları ilə müşayiət olunan xalq hərəkatı həm də ona göstərilən ədalətsiz münasibətə etirazın təzahürü idi. Bir çox siyasi analitiklər bu nəticəyə gəlmişlər ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin tezliklə süquta uğrayacağını və Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapacağını öncədən görürmüş. Bu nəticə ən yeni tarixin real yekunu ilə bir daha təsdiqlənir və Heydər Əliyev fenomeninin böyüklüyünü təcəssüm etdirir.
Lakin bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etməyə başlamışdır. İqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı həmin dövrdə Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Həmin dövrdə zaman keçdikcə Azərbaycanın inkişaf strategiyasının ideoloji sütununa və ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması da Heydər Əliyev ideyalarının təntənəsidir. Nəhayət, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər vətəndaş müharibəsinə sürüklənmiş Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi...
Azərbaycana rəhbərlik etdiyi o illərdə Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq onun müstəqilliyini əbədi və dönməz etmişdir. Elə bu səbəbdəndir ki, hələ dünya çapında yetərincə tanınmayan Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu diplomatiyası sayəsində qısa müddətdə dünya xəritəsində cəlbedici mövqeyi ilə seçilən nüfuzlu bir dövlətə çevrilə bildi. Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyev xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini formalaşdırmağa nail oldu. Bu siyasətin bariz nəticəsidir ki, bu gün Azərbaycan öz tolerantlığı və multikultural dəyərləri ilə dünyanının bütün digər ölkələrinə təkrarsız nümunədir.
Beləliklə, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz Ulu Öndərin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır.
Azərbaycanın Heydər Əliyev epoxasından sonrakı mərhələlərdə tarixin gedişatı qəti şəkildə deməyə əsas verir ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında dövlət quruculuğu istiqamətində yeni dövrlə səsləşən çoxşaxəli iqtisadi, sosial və hüquqi islahatlar məhz Ulu Öndərin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirilir, yeni çalarlarla zənginləşdirilir. Azərbaycan Prezidenti postmünaqişə dövründə bölgədə və ölkə daxilində formalaşmış yeni iqtisadi və siyasi konfiqurasiya şəraitində quruculuq işləri ətrafında və yeni zirvələr fəth etmək istiqamətində xalqı böyük ruh yüksəkliyi ilə səfərbər etməyə nail olmuşdur.
Bütün bunlar onu göstərir ki, siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyllərinin güclənməsi Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmlənməsinə, müstəqilliyimizin əbədiliyinə, ölkəmizin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Dövlət müstəqilliyimizin nicat ünvanı olan Heydər Əliyevin ən böyük vəsiyyətinə əməl edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş Prezident İlham Əliyev bu gün Ulu Öndərin siyasi kursunu yeni çağırışlara uyğun şəkildə, əzmlə, daha möhtəşəm uğurlar üzərindən inkişaf etdirməkdədir. Ona görə də əminik ki, Azərbaycan var olduqca Heydər Əliyevin xoş xatirəsi də qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-12-2022, 12:41 Oxunub: 88
Bölməyə aid digər xəbərlər
5-12-2022, 19:31
Deputat: Getdiyimiz yol daim Heydər Əliyev irsinin parlaq nuru ilə işıqlandırılacaq
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-11-2022, 23:04
DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
1-10-2022, 10:16
Ulu Öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün sınaqlardan uğurlu çıxışını təmin etdi
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
10-06-2022, 17:02
Rüstəm Nağıyev: “Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürməklə bir daha ümumxalq liderliyi keyfiyyətlərini nümayiş etdirdi”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO