17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fuad Hacıyev: Dövlət başçısı 2022-ci ilin uğurlu il olacağını bildirərkən bu əminliyi ifadə etmişdir ki, ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək

Fuad Hacıyev: Dövlət başçısı 2022-ci ilin uğurlu il olacağını bildirərkən bu əminliyi ifadə etmişdir ki, ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Dövlət başçısı İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu əminliyi ifadə etmişdir ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər: “Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.”

2021-ci ilin uğurlu olduğunu qeyd edən cənab İlham Əliyev 2022-ci ilin də tariximizə uğurlu il kimi yazılacağına əminliyini ifadə etmişdir. Artıq 2022-ci ilin başa çatmasına saylı günlər qalıb. Qalib Azərbaycana hansı sahədən baxsaq böyük uğurların şahidi olarıq. Möhkəm təməl, düzgün müəyyənləşdirilən və gələcəyə hesablanan siyasət Azərbaycanın hər ili tarixinə uğurlarla zəngin il kimi yazmasına stimul verir. 2022-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edilsə də nəinki Qarabağın tacı Şuşa, işğaldan azad edilən bütün torpaqlarımız dirçəldi, genişmiqyaslı bərpa-quruculuq işləri davamlılığı ilə diqqətdə oldu. Şərqi Zəngəzur hava qapısını dünyaya açdı. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, rayonun Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində bərpasını başa vuraraq sakinlərini qarşıladı, yeni həyatına başladı. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Yeni sosial obyektlərin açılışı, yaxud təməlqoyma mərasimləri keçirilir.  

Dövlət başçısı 2022-ci ilin uğurlu il olacağını bildirərkən bu əminliyi ifadə etmişdir ki, ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək: “Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

Qalib Azərbaycanın uğurlarının davamlılığı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Günbəgün dirçələn Şuşa bu il qonaqlarını qarşılamaqdan sevincli oldu. Bu qonaqlar sırasında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da oldu. Belə ki, türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın döyünən ürəyi Şuşa Dünya Azərbaycanlılarının Zəfər Qurultayına ev sahibliyi etdi. Soydaşlarımız bir daha bu məkandan dünyaya biliklərini, həmrəyliklərini nümayiş etdirdilər. Tarixi Zəfərimizdə dünya azərbaycanlılarının birliyini xüsusi qeyd etməliyik. İstər işğal, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dünya azərbaycanlıları həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük səylər göstərdilər. Keçirilən tədbirlərdə, aksiyalarda erməni yalanlarına cavab olaraq tarixi həqiqətlərimiz dünyaya şatdırıldı. Haqq səsimiz daha da ucaldı. Azərbaycanın gücünün, qüdrətinin nümayişi olan Vətən müharibəsi birliyimizi daha da möhkəmləndirdi. Dünya azərbaycanlıları Şuşada bir araya gələrək postmünaqişə dövründə qarşılarında dayanan vəzifələri müzakirə etdilər. Uğurlarımızın, göstərilən səylərin fonunda bir daha böyük qürurla qeyd edirik: Vətən birdir və hər birimiz bu Vətən üçün çalışmalıyıq.


Tarix: 28-12-2022, 12:17 Oxunub: 50


Bölməyə aid digər xəbərlər