09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Qara Abdullayev: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - 20 yanvar 1990-cı il… Bu tarix taleyüklü bir təqvim kimi dövlət müstəqilliyinin bərpası yolunda Azərbaycanın üzləşdiyi böyük faciə və eyni zamanda ilk şəhidlik zirvəsi kimi xalqımızın qürur günü, qəhrəmanlıq salnaməsinin ən dəyərli səhifələrindən biridir. İllər keçdikcə tariximizə qanla yazılmış bu faciənin müxtəlif aspektlərdən təhlili onun bütövlükdə keçmiş sovet imperiyasının çöküşündə, hətta deyərdim ki, sosializm sisteminin dağılmasında əhəmiyyətli amillərdən biri olduğunu şübhə yeri qoymur. Bu hadisə ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq respublikadan başlayan xalq hərəkatının kulminasiya nöqtəsi kimi həm də Azərbaycan xalqının müstəqillik uğrunda sarsılmaz mübarizə əzmini, iradəsini və qətiyyətini dünyaya nümayiş etdirdi. Həmin günə qədər artıq keçmiş separatizm yuvasına çevrilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri üzərindən nankor qonşumuzun dövlət səviyəsində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində artıq 300 minədək soydaşımız öz dogma yurdlarından qovulmuşdu, demək olar ki, xalqımız hər gün erməni terroru ilə üzləşirdi.
Məlumdur ki, o zaman bütün müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da keçmiş kommunist ideologiyasından imtina meyilləri güclənmişdi. Lakin bunun əvəzində xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya ortaya qoyulmamışdı. İnsanların keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən uzqlaşması Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı.

Həmin illərdə Azərbaycana “rəhbərlik” edən Əbdürrəhman Vəzirovun fəaliyyətsizliyi, ölkəni idarə edə bilməməsi, baş verən proseslərin mahiyyətini dərk edə bilməməsi, imperiyaya sədaqəti, əslində, dövlət aparatını iflic vəziyyətinə salmışdı. Azərbaycanda dərinləşməkdə olan içtimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin qorxaqlığı və həmçinin milli azadlıq hərəkatına yamaq kimi qoşulmuş, ölkədə siyasi xaos yaratmağa nail olmuş və bu qarışıqlıqdan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışan AXC və müsavatçıların təxribat xarakterli davranışları 1990-c ilin 19 yanvarında Sovet qoşunlarının Bakıya yeridilməsi ilə nəticələndi. Bu zaman xalq hərəkatının “önündə gedənlər” sanki qeybə çəkildilər, küçə və meydandakı etirazçılar başsız qaldılar. Vəziyyət hətta o həddə çatmışdı ki, şəhidləri heç bir təşkilatçılıq olmadan xalq dəfn etməyə məcbur olmuşdu. Bu məsələlərə aydınlıq gətirilməsində AXC-nin başında duranlardan biri kimi Əli Kərimovun Moskvada dərc olunan "Komsomolskaya pravda" qəzetinə 1990-cı ilin mart ayında verdiyi müsahibə mühüm detaldır. Sovet ordusunun Azərbaycana müdaxilə etməsinin qaçılmaz olduğunu, Bakıda avantüristlərin, təxribatçıların qarşısının alınmasının vacibliyini qeyd edən Əli Kərimovun Azərbaycan milli azadlıq hərəkatında “yer almasının” arxasında hansı qüvvələrin və hansı maraqların durduğuna işarədir.
Bakıda baş verənlərin əsl mahiyyətini dünya ictimaiyyətindən gizlətməyə çalışan Kreml müdhiş 20 yanvar qırğınını “zəruri addım, vəziyyətin nizama salınması” kimi qələmə verirdi. Bu baxımdan Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlməsi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı bu fikrin təsdiqidir.
Tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir və dövlət xadimi kimi 20 yanvar faciəsinə ilk olaraq kəskin etirazını bildirən isə məhz ulu öndər Heydər Əliyev olmuşdur. Onun heç nədən çəkinməyərək cəsarətli bəyanatından ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da vüsət aldı. Sonralar bu hadisələrlə bağlı düşüncələrini bölüşən ulu öndər “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”,- deyə söyləyərək yüksək mənəviyyat nümunəsini ortaya qoymuşdur. Bu baxımdan onun 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.

Lakin Heydər Əliyev haqlı olaraq, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. Moskvada Azərbaycan Nümayəndəliyində keçirdiyi mətbuat konfransında Heydər Əliyev vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünə diqqət yönəltmişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı… Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi”.
SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda belə bir addım, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq borcunu və milli mövqeyini nümayiş etdirdi. Həmin günlərdə Ümummilli liderimizin yanında olan cənab İlham Əliyev o anları belə xatırlayır: “Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi”.
Ulu öndər az sonra Azərbaycana dönəndə öz yekun qənaətini ifadə edərək Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, nə o zamankı iqtidar, nə də ondan sonra hakimiyyəti zəbt etmiş AXC--Müsavat qaragüruhu bunu etdi. Əksinə, onlar müxtəlif səthi qərarlar qəbul edə-edə bu cinayəti xalqımıza unutdurmağa çalışdılar. Qəribədir ki, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu gündəliyə çıxarmadı və faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi. Bu, onu deməyə əsas verir ki, həmin hadisələr məhz onların özlərinin təhriki ilə baş vermişdir.

Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Prezident İlham Əliyev 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışı zamanı o dövrdə gedən siyasi proseslərə münasibətini açıqlayarkən Qanlı Yanvar hadisələrində günahkar olan qüvvələrin pozucu və xəyanətkar fəaliyyətini ciddi şəkildə ifşa etmişdir: "Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq... 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi...”
Beləliklə, ulu öndər Heydər Əliyevin təbirincə desək, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, lakin o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq arzusunun oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Məhz bu rəşadət nümunəsi və azadlıq eşqi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası yolunda əsgər və zabitlərimizi Zəfər ruhuna kökləyən əsas amillərdəndir.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-01-2023, 14:51 Oxunub: 98
Bölməyə aid digər xəbərlər
19-01-2023, 13:41
Əbdülhüseyn Abdullayev: 20 Yanvar faciəsi millətimizin qəhrəmanlığını əks etdirən bir oyanış günü kimi yaddaşımızda əbədi yaşayacaq
19-01-2023, 10:35
Mehman müəllim: 20 Yanvar - Xalqımızın qan yaddaşı
18-01-2023, 10:43
Habil Qurbanov: Qanlı Yanvar hadisələri milli kimliyin formalaşmasına təsir göstərdi
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
12-12-2022, 12:41
Natiq Rəhbəroğlu: Zaman keçdikcə Heydər Əliyev şəxsiyyəti daha uca zirvələrdə görünür
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
15-06-2022, 09:09
Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
20-01-2022, 10:45
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
18-01-2022, 14:44
Əli Hüseynov: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu
18-01-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO