16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Fərhad Həsənov: Uğur formulu: xalq-iqtidar birliyi - Ağır sınaqlardan böyük uğurlara…
Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fərhad Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fərhad Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə ölkəmizi həmin dövrün xaosundan, anarxiyasından, özbaşınalıqlarından, ümumiyyətlə, müstəqilliyini itirmək təhlükəsindən xilas etdikdən sonra səsləndirdiyi “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” çağırışı hər bir dövlətin inkişafında uğurlu siyasətin roluna işıq salır.
Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə yaşadıqları yaddaşlardadır. Həmin dövr tariximizin qara səhifəsi kimi xarakterizə edilir. Azərbaycan adlı dövlətin dünya xəritəsindən silinməsi təhlükəsi yaşandı. Belə bir çətin dövrdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yeni Azərbaycanın möhkəm təməlini qoydu.
Müstəqilliyimizin bərpasının ilk illəri ağır sınaqlardan keçdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha bu reallığı təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsiplərini müəyyən etdi, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Ümummilli Lider sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirdi. Bildirdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihənin uğurlu icrasından danışmaq qeyri-mümkündür. Məhz ölkədə yaradılan sabitliyin fonunda Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bu gün böyük inamla qeyd edirik ki, ölkəmiz nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.
Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi siyasi mövqeyinin möhkəmləndirilməsində də əhəmiyyətli rol oynayır. Azərbaycanın uğurlu xarici siyasəti istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın yaradılmasında öz sözünü dedi.
Möhkəm təməl üzərində addımlayan Azərbaycan son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır. Bu uğurların zirvəsində 2020-ci ildə qazandığımız tarixi Zəfər dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. Azərbaycan özünü dünyaya qalib ölkə kimi təqdim edir. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu yol hər zaman Azərbaycana möhtəşəm uğurlar qazandıracaq. Güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-03-2023, 11:02 Oxunub: 157
Bölməyə aid digər xəbərlər
9-03-2023, 11:30
Fuad Səfərov: Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…
6-03-2023, 10:21
Çingiz İbadullayev: Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir
3-03-2023, 11:50
Elbrus Əliyev: Dünya durduqca yaşayacaq!
3-03-2023, 10:13
Bayram müəllim: Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası
16-12-2022, 11:19
Elmir Allahyarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
14-12-2022, 12:32
Uğur İslamov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
1-10-2022, 10:16
Ulu Öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün sınaqlardan uğurlu çıxışını təmin etdi
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO