11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hörmətli Azerinfo.media internet rəhbərliyinə!

Hörmətli Azerinfo.media internet rəhbərliyinə!


Hörmətli Azerinfo.media internet rəhbərliyinə!
    Sizə təkrarən müraciət edənlər 1 ay bundan əvvəl müraciət etmiş olan Moskva Ticarət Mərkəzinin  ticarətçiləri , Səhmdarları və demək olar ki,  bütün işçiləriydik.    Müraciətimizin əsas  məqsədini izah edib xahiş etmişdik ki, bütün baş verən  qanun və hüquq pozuntuları ilə əlaqədar  Aidiyyatı qrumlara  müraciət edib baş verən  bütün pozuntuları onlarla    birgə araşdırıb  Ticarət Mərkəzində  əmələ gəlmiş gülməli  və görünməmiş  İdarə metodlarının aradan qaldırılmasında  bizə yardımçı  olasınız.  Ancaq  Sizin tərəfinizdən   gözlədiyimizi  ala bilmədik.  Ona görə də  təkrar-təkrar  Sizin  vaxtınızı almağa  məcbur olduq.     Hələ təxminən  5-6 ay  bundan əvvəl  yeni təyin olunmuş  İcra direktor  (halbuki  icraçı direktor  QSC sistemində  Səhmdarların  iclasının ümumi  qərarı ilə seçilməlidir.)  Xankişiyev Əhməd  idarədə Gestapo  sistemi tətbiq etməyə başlayıb, nə istəyirlər  onu da edirlər, bir bilən  yoxdur bu adam  neçənci  sinfi qutarıb  və hansı qiymətlərlə, sizə keçən  müraciətimizdə  də  bildirmişdik ki,  Mərkəzi Giriş qapısının  üstündə yük daşıyıcı Konstruksiyanı  ləğv edərkən  gecə vaxtı olduğuna görə   3 tonluq Riqelin sökülməsi sahəsində  xoşbəxtlikdən  ölən olmamışdır. Hələ Sizə ondan   deyək: Əhməd müəllimin  və qardaş, bacının səhər  işə gəlişləri, səhər tezdən  9:00-10:00 arası və işdən  evə qayıdışları  saat  15:00-16:00 arası  əsl möcüzə də bundan  başlayır  imkanınız  varsa kamea  vasitəsi ilə  çəkə bilərsiniz.     Unıvermağın  keçmiş  polis nəfəri  indi isə  mülki  polisə  keçmiş  Mais, İnzibatçı Mövlud , Təsərrüfat müdiri Mübariz  3-cü  Mİkrarayon  dairəsindən  başlayaraq  yolları bağlasın , hətta insanları  belə  pərən-pərən  edərək  müşaiyət edici  və qoruyucu avtomobillərin  müşaiyət  ilə müdirləri həyətə  gətirərək  çantaları  belə  avtolardan götürərək  az qala  əllərinə  götürərək liftə oradan isə  öz mərtəbələrinə  aparırlar,  gedəndə  həyətdən  və onların  yolundan   heç bir quş  belə keçə bilməz. Cənab  General-Polkovnik , hörmətli  Nazir  Sizin  belə işlərdən  acığınız gəlir, görəsən  boyu  1 m 50 sm olan  bu polis  kimə axrandır?     Vətən erməni  Revanşistləri və havadarları ilə müharibə vəziyyətində  olduğu bir vaxtda  bir təhər  icarəyə götürdükləri  piştaxtaların icarə pulunu  və vergisini ödəyərək  ailələrini və özlərini   dolandırdığı   bir vaxtda özləri istədikləri kimi piştaxtaları  qruplaşdıraraq  butiklər yaradırlar və həmin  butikləri yaradırlar və həmin  butikləri  kənar adamlara  60:70 minə  sataraq  Camaatın  axırıncı ümidini kəsirlər.    Sizdən artıq dərəcədə  xahiş edirik  əlinizdə  olan  imkanlardan   istifadə edib  bizə  kömək edəsiniz , artıq  bıçaq  sümüyə dirənib.    Bir daha  Sizdən xahiş edirik, hörmətli  Nazirlərimiz cənab Vilayət Eyvazov,  cənab, Kəmaləddin  Heydərov, cənab Eldar  Əzizov , cənab Asif   Əsgərov  Nəsimi   RİH başçısı  cənab  Şəhər Salma  və arxitektura  Komitəsinin  sədri  və digər  cənablar bizə yardım  əlinizi  uzadın, yoxsa  Əhməd  Xankişiyev  və qardaş bacı  bizim özümüzü özümüzdən alacaqlar.       Ümidimizi Sizə bağlamışıq.

Hörmətlə:
Moskva Ticarət Mərkəzinin  ticarətçiləri , 
Səhmdarları və demək olar ki,  bütün işçiləri


Tarix: 8-06-2023, 09:32 Oxunub: 7


Bölməyə aid digər xəbərlər