Mayası vətənpərvərliklə, halallıqla yoğrulan Qələndər Canbaxışov

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan Qələndər Canbaxışov


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Tibb elmləri doktoru, professor Travmatoloq-ortoped.Qələndər Canbaxışovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tibb elmləri doktoru, professor Travmatoloq-ortoped.Qələndər Canbaxışovdur.

2 noyabr 2000-ci ildə Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı (№ 416) ilə Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə Canbaxışov Qələndər Surxay oğlu "Əməkdar həkim" fəxri adı ilə təltif edilmişdir.

10 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyininn 129-K saylı əmri ilə Elmi Tədqiqat travmatologiya və ortopediya institunun yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq qüsursuz və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

3 mart 2021-ci ildə akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) Elmi Şurası Qələndər Canbaxışovu səmərəli elmi fəaliyyətinə və İlizarov üsulunun geniş yayılmasındakı roluna görə İlizarov Mərkəzinin Fəxri Professoru tituluna layiq görmüş və 15 iyun 2021-ci ildə akafemik Q. A. İlizarovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konfransda Fəxri Professor simvollarını təqdim etmişdir.


Travmatoloq-ortoped.Qələndər Canbaxışov - Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir.
Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursunda nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi xətti xüsusi yer tutur. İndiyədək respublikamız Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər nüfuzlu təşkilatlarla qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq münasibətləri qurmağa nail olub. Yüksək diplomatik məharətə malik olan Prezident İlham Əliyev bu platformaların tribunalarından ölkəmizin həqiqətlərini bütün dünyaya çatdırır, eyni zamanda, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsini hədəfləyən təşəbbüslər irəli sürür.
Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir.
Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır.
Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olma xüsusiyyətini daşıyır. Qoşulmama Hərəkatı müharibəyə qədər olduğu kimi müharibə və post-müharibə dövründə də Azərbaycana açıq dəstəyini ifadə etmişdir. Əlbəttə, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 12 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu. Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında hərəkat mühüm platformaya sahibdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və bu istiqamətdə görülmüş və görüləcək işlər Qoşulmama Hərəkatının Azərbaycan üçün beynəlxalq müstəvidə yüksək naliyyətlər əldə etməsinə şərait yaratmaqdadır.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Pandemiya dövründə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Ölkəmiz Hərəkatın institusional inkişafına güclü dəstək verir. Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyinin Bakıda yerləşməsi qərara alındı.
Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır.
Qeyd edək ki, ölkəmiz təşkilata sədrlik etdiyi 2019-cu ildən etibarən müxtəlif məzmunlu tədbirlərə ev sahibliyi edir. Bu, davamlı və dayanıqlı inkişaf yolunda olan dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir.
Cari ilin iyul ayının 5-də ölkəmiz növbəti mötəbər tədbirə - Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə yüksək səviyyədə ev sahibliyi etmişdir.  Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxunub. Bu məsələlərdən biri də pandemiya və post-pandemiya dövründə Azərbaycanın və Qoşulmama Hərəkatının əldə etdiyi uğurlu nəaliyyətlər təşkil edir. Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: “Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq biz, həmçinin postpandemiya dövrü haqqında düşünməli olduq. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Biz burada qlobal əhəmiyyətə malik məsələləri müzakirə etdik və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərimizi bölüşdük. Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik. Yuxarıda qeyd etdiyim mart sammitində mən, həmçinin Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdim. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.”
Beləliklə, son olaraq qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfələr vermək, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilmək, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində hər zaman öz qətiyyətli mövqeyini nümayiş etdirməklə, bu Hərəkata yeni-yeni töhfələr verəcəyinə və beynəlxalq nüfuzunun daha da artırılmasına nail olacağına əminik.


Tarix: 12-07-2023, 10:14 Oxunub: 95


Bölməyə aid digər xəbərlər