10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
10:58 / 22-11-2024
III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
10:53 / 22-11-2024
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
10:43 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
10:14 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
10:07 / 22-11-2024
Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
09:05 / 22-11-2024
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
Mehriban xanım Səfərovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Mehriban xanım Səfərova - Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrinin davamlı inkişafını birmənalı olaraq təmin edir. Bu gün Azərbaycan güclü dövlətdir və beynəlxalq aləmdə yüksək nüfuz sahibidir. Məhz bu baxımdan istər region ölkələri, istərsə də dünyanın digər ölkələri Azərbaycanla əlaqələrin qurulmasında, həmçinin mövcud əlaqələrin yüksək səviyyəyə çatdırılmasında maraqlıdırlar. Qonşu ölkə olan Gürcüstanla da yüksək səviyyədə olan əlaqələrimiz bunun bariz nümunəsidir. Azərbaycan-Gürcüstan əlaqələri hər zaman müsbət dinamika ilə inkişaf edir. Ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin oktyabr 24-də Gürcüstana işgüzar səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Səfər proqramını izləyərkən aydın oldu ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər ölkələrimiz arasındakı müzakirələrin əsasını təşkil edir. Azərbaycan və Gürcüstan münasibətləri çox dərin ənənələr üzərində qurulub. Tarixə nəzər yetirdikdə də görürük ki, xalqlarımız əsrlər boyu dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Əminliklə demək mümkündür ki, iki ölkə arasındakı əməkdaşlıq tarixi ənənələrə söykənir və dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.
Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən bəhs edərkən bildirdi ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimizin bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir bir-birini dəstəkləyir. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bir sözlə desək, ölkələrimizin əməkdaşlığı regional əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında Azərbaycan həqqiqətlərinə diqqət çəkərək bildirdi ki, Azərbaycanın niyyəti Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bir halda ki, Qarabağ münaqişəsi başa çatıb və ölkəmiz beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Ölkə başçısı qeyd etdi ki, əgər prinsiplər həyata keçirilsə, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Prezident İlham Əliyev onu da bəyan etdi ki, əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, Azərbaycan buna hazırdır.
Ümumiyyətlə, Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkədir. Bunu Gürcüstanla olan münasibətlər də təsdiq edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam edir. Belə ki, cari ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard ABŞ dollarına yaxınlaşıb. Ölkəmizin sərmayəsi ilə həyata keçirilən layihələr Azərbaycan-Gürcüstan əməkdaşlığını daha da gücləndirir. Ölkəmiz Gürcüstana 3 milyard dollardan çox sərmayə yatırıb. Təbii ki, bu sərmayə qarşılıqlı faydalı sərmayədir və hər iki ölkənin maraqlarına cavab verir.
Bəyanatında ölkə başçısı Azərbaycanın dünya bazarlarına qaz ixracatını artırmaq niyyətində olduğunu bildirdi. Bu il Azərbaycanın ixracı 22 milyard kubmetr olacaq, gələn il isə daha da artacaq. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda da göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Beləliklə, 2027-ci ildə Azərbaycan təkcə Avropaya qaz ixracatını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Həmçinin gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə də ixrac artırılacaq. Bütün bunlardan əlavə olaraq, həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlı olacaq. Ölkəmiz çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Bu mövzuda danışarkən Prezident cənab İlham Əliyev ölkəmizin yüksək bərpaolunan enerji potensialına malik olduğunu vurğulayaraq qeyd etdi ki, təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal və ixrac etmək Azərbaycanın növbəti illərdəki hədəflərindəndir. Ölkəmiz Gürcüstanla digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəkdir.
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı ölkələrimiz arasındakı nəqliyyat və yükdaşımaların mövcud imkanlarından bəhs etdi. Bu sahədə də inkişaf dinamikası qeydə alınmaqdadır. Belə ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması əsas planlardandır. Bunun üçün həm cari ildə, həm də gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Ümumiyyətlə, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Ölkə başçısı yeni nəqliyyat yollarını zəruri edən səbəblərin həm geosiyasi vəziyyətlə bağlı olduğunu, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verdiyini bildirdi. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Ölkəmiz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Bunun üçün Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiyanın aparılmasının vacibliyini vurğulayan Prezident cənab İlham Əliyev birgə layihələrin eyni vaxtda tamamlanmalı olduğunu da qeyd etdi. Ümumiyyətlə, tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin olması mütləqdir. Gürcüstanla Azərbaycan arasında isə bu mövzuda heç bir fikir ayrılığı yoxdur. Bir halda ki, hazırda Avropada və dünyada enerji resurslarına bütövlükdə böyük tələbat vardır, məhz ölkələrimiz də bu kimi məsələlərdə bir mövqedən çıxış edərək öz milli maraqlarını təmin edəcəklər.
**
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Mehriban xanım Səfərovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Mehriban xanım Səfərovadır.
Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Mehriban xanım Səfərova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mehriban xanım Səfərova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Mehriban xanım Səfərovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
O.Mirzəyev adına qarışıq tipli Uşaq evi və təhsil şöbəsi internet şəbəkəsinə qoşulmuşdur. O.Mirzəyev adına uşaq evi bölgədə yeganə uşaq evidir. Uşaq evi birtipli layihə əsasında tikilmiş, 2007-cı ildə Heydər Əliyev fondu hesabına əsaslı təmir olunmuş, gözəl və yaraşıqlı binada yerləşir. Burada uşaqların tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Uşaq evində 47 uşağın təlim-tərbiyəsi ilə 49 müəllim və texniki işçi məşğul olur. Bu səbəbdən uşaq evində tərbiyə alan uşaqların sayı getdikcə azalır. Uşaq evində 1 akt zalı, 2 kitabxana, oxu zalı, komputer otağı, emalatxana, xalçaçılıq otağı və idman zalı var. Uşaq evində yaşayan təlim-tərbiyə və bacarıqlarını artırmaq üçün komputer, ingilis dili, Azərbaycan dili, xalçaçılıq, qum üzərində rəsm, ebru rəsm və idman kursları təşkil olunmuşdur. Burada yaşayan və tərbiyə alan uşaqlar dövlətimiz tərəfindən Bakı şəhər Masazır qəsəbəsində "məzun evləri" ilə təmin olunur və uşaqlar deinstituzasiya proqramına uyğun olaraq tədricən bioloji ailələrə qaytarılır.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-10-2022, 14:02 Oxunub: 77
Bölməyə aid digər xəbərlər
3-10-2022, 16:20
Dr. Rövşən Yusibov: Sağlam həyata bizimlə addımlayın
12-09-2022, 12:02
Tahir Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
29-07-2022, 10:24
Bəxtiyar Əliyev: Ölkəmizin hərtərəfli inkişafına xidmət edən siyasət
25-07-2022, 14:21
Çingiz İsgəndərov: Heç kim qanundan üstün ola bilməz
26-04-2022, 07:00
Şəki rayon Kiçik Dəhnə kənd 2 saylı tam orta məktəbin direktoru Elvin Mustafayevin uğurlu nəticələri davam edir
29-03-2022, 09:30
Nəzakət Məcidzadə başqalarına örnək ola biləcəyi Azərbaycanın ən dəyərli və nümunəvi bağça müdirlərindən biridir
28-01-2022, 12:25
Zülfəli Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
16-01-2022, 14:41
Tahir Rzayev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
9-01-2022, 15:09
Adil Şamilov rəhbərliyin sadiq adamlarındandır
29-10-2021, 13:49
Kərim Tahirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
14-07-2021, 12:42
Balacan Həbibov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
1-09-2020, 13:38
Yəhya Şirniyyat Evi - Azərbaycanda halva və qənnadı məhsullarının ən məşhur istehsalçısıdır.
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU