16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Kərim Tahirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Kərim Tahirov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov - 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.
İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir. Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.
Zəngəzur dəhlizinin strateji əhəmiyyəti ondan ibarətdir ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır.
Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-10-2021, 13:49 Oxunub: 131
Bölməyə aid digər xəbərlər
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-01-2021, 08:06
Dr. Ələsgər Soltanov-Psixoloji narahatlıq yaşadığını düşünən insan, ilk öncə psixoterapevtə müraciət etməlidir
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
30-12-2020, 07:04
Dr.Ruslan Nəcəfov-Elmli-Tədqiqat Kardiologiya İnstitutunun yüksək ixtisaslı kardioloqu xalqımızın sağlamlığı keşiyində
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-10-2020, 09:47
Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından Dr. Azər Fərəcova təşəkkürümüzü bildirrik.
1-09-2020, 13:38
Yəhya Şirniyyat Evi - Azərbaycanda halva və qənnadı məhsullarının ən məşhur istehsalçısıdır.
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU