12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Eltun Süleymanov:”Ermənilərə son cavabı cənab Prezident çoxdan verib”

Eltun Süleymanov:”Ermənilərə son cavabı cənab Prezident çoxdan verib”


“Azərbaycan bir dövlət kimi daim beynəlxalq qanunlara uyğun siyasət yürüdür. Bu birmənalı şəkildə belədir. İndiyə qədər heç kim iddia edə bilməz ki Azərbaycan hansısa beynəlxalq hüquq normalarını pozan siyasət həyata keçirmişdir. Təəsssüf ki belə bir iddia həmişə Ermənistan və onun havadarları tərəfindən səsləndirilib və bu şou indi də davam etməkdədir. Çünki ermənilərə belə sərf edir. Çünki əllərində tutarlı bir arqument, dizlərində isə taqət yoxdur. Tutarlı arqumentləri beynəlxalq hüquq tərəfindən əllərindən alınıb, Laçın Azərbaycan ərazisidir və orada hansısa məntəqə, keçid, və.s. quraşdırmaq Azərbaycanın suveren hüququdur. Dizlərindəki taqəti isə Azərbaycanın müzəffər ordusu 44 günlük müharibədə elə qırıb ki, bir daha ayağa durmaq imkanları qalmayıb. Odur ki, yenidən erməni xislətlərini işə salıb haray-həşir qoparmaqda davam edirlər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Xankəndiyə humanitar yük adı altında maşın karvanı göndərmək cəhdinin fiaskoya uğratyacağını əvvəldən bilən Ermənistan rəsmiləri min cür hoqqadan çıxmaqla dünya ictimaiyyətinin diqqətini yenidən regiona cəlb etmək, yaxud hər hansı təxribat törətməklə bir sıra qüvvələrin müdaxiləsinə şərait yaratmaq amacı güdürlər.
Halbuki Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.
Sözdə Azərbaycanın suvernliyini və ərazi bütövlüyünü tanıyan İrəvan əməldə başqa siyasət yürütməklə gərginlik yaratmaqla əslində sülh prosesinə əngəl törətməyi davam etdirir.
Laçının döyüşsüz qaytarılması ilə Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. İndi bu prosesin qarşısının alınması ermənilərin yuxusunu qaçırıb. Qarabağa qanunsuz yolla daxil olmağın mümkün olmadığını görüb haray-həşir salırlar. Ermənistan tərəfi isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə edir, növbəti dəfə şou yaratmaqla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə çalışır. Lakin bu dəfə daş qayaya rast gəlib.”

Eltun Süleymanov qeyd edib ki, “Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi onların son cəhdinin də mənasız olduğunu göstərdi. Hər hansı dövlətlə sərhəddə buraxılış-keçid məntəqəsinin qurulması istənilən dövlətin suveren hüququdur. Yalnız ermənilər üçün əlahiddə hüquq deyilən bir şey yoxdur və Avropa İttifaqının təmsilçiləri də geyindikləri jiletlərdən utanmalıdırlar. Çünki dövlətlərin suveren hüquqlarını pozmaq, yaxud bu hüquqlara hər hansı formada qəsd beynəlxalq hüquqa uyğun gəlmir.
Əslində bu hərəkətlər Qarabağdakı erməni əhalisininn Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmaq cəhdindən başqa bir şey deyildir.
Hamı birdəfəlik başa düşməlidir ki, Laçın yolunun karvansara qapısına döndərilməsi dövrü başa çatıb. Ermənilər onlara təklif edilən Ağdam-Xankəndi marşrutundan istifadə etməklə bütün humanitar pronblemlərini həll edə bilərlər və bu zəmanəti onlara Azərbaycan dövləti verir. Sual yaranır ki, daha səmərəli və ucuz başa gələn varianta etirazın kökündə nə dayanır? Əlbəttə ki ilk növbədə separtist rejimin silah sursatdan məhrum olması və inteqrasiya prosesi başlanacağı təqdirdə oyundankənar vəziyyətə düşəcəkləri qorxusu.
Lakin onlar bir şeyi unudurlar. Azərbaycanın Müzəffər Prezidentinin bu ilin 28 mayında separatçılara ünvanlanmış son sözünü. Hansı ki cənab Prezident qətiyyətlə bildirmişdir: ““Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi”.

Tarix: 31-07-2023, 09:41 Oxunub: 27


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı