09:02 / 25-11-2024
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
09:00 / 25-11-2024
Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
08:58 / 25-11-2024
Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
08:53 / 25-11-2024
Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
08:49 / 25-11-2024
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
08:44 / 25-11-2024
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
08:40 / 25-11-2024
İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
08:36 / 25-11-2024
Bu gün Kəlbəcər Şəhəri Günüdür
16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
Səttar Möhbalıyev: “Qarabağ erməniləri Azərbaycan Prezidentinin verdiyi mesajdan nəticə çıxarmalıdır”
“Xarici dövlətlər, o cümlədən beynəlxalq ictimaiyyət Azərbaycanın həm region, həm də dünya üçün əhəmiyyətini görür və regiona gətirdiyi yeni reallıqlar fonunda bir daha ölkəmizin nəyə qadir olduğunu yaxşı bilirlər. Təbii ki, Vətən müharibəsi və ondan sonra baş verən hadisələr Azərbaycanın haqq-ədalət tərəfdarı olduğunu, bütün səylərinin işğalçıları torpaqlarından çıxarmaq, 30 il öz evində yaşamaq hüquqları pozulmuş sakinləri yurdlarına qaytarmaq, separatizmi zərərsizləşdirmək, sülh və təhlükəsizliyi təmin etmək, regionun hərtərəfli inkişafına yol açmaqdan ibarət olduğunu göstərdi. Təcavüzkar siyasətini müxtəlif yollarla pərdələməyə çalışan Ermənistanın həqiqətdən uzaq təbliğatına artıq inanan yoxdur. Dövlətimizin başçısı cənab İlham Əliyev dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə bu yalanların hamısını ifşa etdi və real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırdı. Mətbuatı izləyərkən biz görürük ki, dünyanın tanınmış politoloqları, siyasi ekspertlər, məşhur siyasətçilər bölgədəki real vəziyyətdən danışarkən yalnız bizim Prezidentin fikirlərinə əsaslanırlar”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa şəhərində nüfuzlu “Euronews” televiziyasına müsahibəsi əvvəlki müsahibələr kimi, dünyanın diqqət mərkəzindədir: “Təbii ki, müsahibənin Şuşada təşkil olunması imkan verir ki, qonaq jurnalist real vəziyyəti öz gözləri ilə görsün. İşğalda azad olunmuş Azərbaycan ərazilərinə daxil olub Şuşaya çatana qədər işğalçı Ermənistanın vandal hərəkətlərinin izlərini görmək mümkündür. Həmçinin Şuşanı görən hər kəsə açıq məlum olur ki, bu şəhər kimə məxsusdur. Şuşa daşından, qayasından tutmuş, mədəni abidələrinə qədər Azərbaycandır. Müsahibədə Prezident İlham Əliyev bölgədəki vəziyyəti ətraflı şərh edərək həm Vətən müharibəsi, həm onun nəticələri və mövcud vəziyyət barədə məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycan sülh və sabitlik tərəfdarıdır. Bütün səylərini bu istiqamətdə qurub. Azərbaycan sülh təklifini müharibə başa çatandan dərhal sonra irəli sürüb və bütün platformalarda aparılan danışıqları dəstəkləyib, çünki əsas məsələ sülhə nail olmaqdır. Təbii ki, prosesin bu qədər uzanmasının günahkarı da məhz Ermənistandır. Eləcə də hamıya məlumdur ki, bu sülh bütün region dövlətləri arasında əməkdaşlığa gətirib çıxaracaq, ölkələrin iqtisadi inkişafına səbəb olacaq”.
“Həmçinin Prezident İlham Əliyev Laçın yolundakı vəziyyəti, Ermənistanın əl atdığı siyasi oyunları qeyd edərək real mənzərəni diqqətə çatdırdı. Laçın yolu humanitar məqsədlər üçün hər zaman açıq olub, insanların rahat hərəkəti təmin edilib. Amma Ermənistan tərəfi bu yolla qanunsuz daşımalar həyata keçirib, təxribatlar törədib, hətta atəş açaraq sərhədçimizi yaralayıb. Son vaxtlar onlara təklif olunan daha təhlükəsiz yoldan imtina edərək Laçın yolu ilə bağlı siyasi şoular düzəldib və elə sanıb ki, bu oyunlarla guya Azərbaycana təsir edə biləcək. Təbii ki, bu mümkün deyil. Eləcə də Prezidentimizin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı səsləndirdiyi fikir diqqət çəkdi. Bu qurum da fəaliyyətini düzgün istiqamətdə qurmalıdır. Çünki Xankəndi Azərbaycan şəhəridir. Bu zaman sual çıxır ortaya: komitənin Xankəndindəki ofisi hansı əsasla İrəvandakı mərkəzə tabe olur? Bu, birbaşa beynəlxalq prinsiplərin pozulmasıdır. Odur ki, komitə bunu mütləq nəzərə almalıdır”, - Milli Məclisin deputatı bildirib.
“Mən hesab edirəm ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm ictimaiyyəti, həm də Qarabağda yaşayan erməni sakinlər Prezidentimizin verdiyi mesajları diqqətlə araşdırsınlar. Xüsusən də Qarabağda yaşayan ermənilər. Onlar separatçıların boş və uydurma təbliğatına inanmamalıdırlar, çünki həmin qüvvələr cinayətkardır və cəzalarını mütləq alacaqlar. Onların firavan gələcəyi Azərbaycanın idarəçiliyini qəbul etməkdən keçir. Gözlərini açıb ölkəmizdə yaşayan digər xalqların vəziyyətinə baxsınlar. Görsünlər ki, onlar necə də xoşbəxt yaşayırlar, bütün hüquqları ən ali səviyyədə təmin edilir. O ki qaldı bunu qəbul etməyən erməni sakinlərə, təbii ki, alternativ yol da var. Seçimlərini edə bilərlər”, - Səttar Möhbalıyev əlavə edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-08-2023, 10:01 Oxunub: 32
Bölməyə aid digər xəbərlər
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
24-07-2023, 09:42
Səttar Möhbalıyev: “Şuşa Forumu dünya mediasının inkişafına əhəmiyyətli töhfələr verəcək”
5-05-2023, 15:51
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Şuşa konfransında dövlətimizin ədalətli siyasətini bir daha bəyan etdi”
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO