10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Eltun Süleymanov: “İlham Əliyev Azərbaycanı yüksəltməklə özü də bütün azərbaycanlıların Prezidenti səviyyəsinə yüksəlmişdir”

Müasir Azərbaycan tarixinin taleyüklü hadisələrindən biri də 2003-cü il avqustun 4-də Ulu Öndərin ən layiqli varisi İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməklə siyasi olimpə gəlişi oldu. Bu hadisə ilk növbədə zəruri varislik tələbatından qaynaqlanıırdı. Buna qədərki dövrdə siyasətdə kifayət qədər sınaqlardan çıxmış, ona olan etimadı dəfələrlə doğrultmuş olması cənab ilham əliyevin siyasi olimpin zirvəsinə doğru addımlarının qətiliyindən xəbər verirdi. Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyurdu. O, missiya ilk növbədə milləti qələbəyə, zəfərə aparacaq missiya idi.
Bu missiya ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli müraciətində belə ifadə olunmuşdu: ““Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən ulu öndər Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Son 20 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.”
İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə iri planda nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu Baş nazir kimi qəbul etdi. AŞPA ölkəmiz üçün beynəlxalq aləmə açılan pəncərə idi. Bununla yanaşı, Azərbaycana qarşı geniş təbliğat kampaniyası aparan erməni diasporunun bəzi iri xarici dövlətlərə güclü təsirləri görünürdü. Belə bir zamanda ölkəmizi Avropada təmsil edəcək heyətə elə bir geniş və müasir dünyagörüşlü şəxs lazım idi ki, dünyada gedən siyasi proseslərdən düzgün baş çıxara bilsin. Əslində, bu qədəmisayalı başlanğıc Heydər Əliyev siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi əxlaqın – mədəniyyətin gəlişi idi.
Millətin ümumi daxili-ruhi yüksəlişi, mənəviyyat, mədəniyyət sahəsindəki məsələlərin konseptual bir proqram çərçivəsinə, sistemə salınması Azərbaycan cəmiyyətində İlham Əliyevin lider kimi tanınmasına əsaslı təsir göstərmişdir. Prezident İlham Əliyev idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, burada hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri vardır. Dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir. İlham Əliyev siyasətinin gücü ondadır ki, daxili dəstəkdən məhrum olan qüvvələrin iradları üçün siyasətində əl yeri belə saxlamır. Beləliklə, qeyri-obyektiv müxalif dəstənin öz-özünə siyasi meydana çıxması, iflasa uğraması təbii bir prosesə çevrilir. Bu istedadlı, müdrik siyasətçi həm də dövlət maraqlarından kənar iddiaların ictimai maraqlar dairəsindən çox-çox uzaq olduğunu faş edir. Həqiqət budur ki, İlham Əliyevin gücünün miqyası böyükdür, bu güc hakimiyyət və xalq arasında həmrəyliyin ifadəsidir.”
Eltun Süleymanov bildirib ki. “zaman göstərdi ki, ümummilli lider öz təqdimatında həmişə olduğu kimi bu dəfə də uzaqgörən bir seçim edib. İlham Əliyev bu seçimi də, inamı da öz əməlləri ilə doğrultdu və azərbaycanı gündən-günə yeni zirvələrə aparmaqla xalqın, millətin inamını qazandı. Artıq 20 ildir ki, Prezident İlham Əliyev vətənpərvər, dünyəvi təfəkkürü ilə Azərbaycanı yüksək mədəniyyətli, mənəviyyatlı diyara çevirmək yolundadır. Dünya tarixində millətlər zəngin nemətləri ilə yox, məhz böyük mədəniyyətləri ilə tanınırlar. Bu gün Azərbaycanda yürüdülən siyasətin milli mahiyyəti və professionallığı, çevikliyi bütün inkişafı milli-mənəvi potensial üzərində qurmağında təzahür edir. Ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi zəngin irs, formalaşdırdığı böyük ideologiya elə bir bütöv kompleksdir ki, imkanlar reallaşdıqca onun tərkib hissələri, məziyyətləri də tədricən artır. Bu mənada, ulu öndər Heydər Əliyevin təqdim etdiyi inkişaf konsepsiyasının tipologiyası keçmiş sovet respublikalarının heç biri ilə müqayisə oluna bilməz.”
Müsahibimiz sonda bildirb ki. 44 günlük Qarabağ Müharibəsində qazanılan Zəfər isə onun siyasi həyatının özü dediyi kimi mənası oldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Qarabağda azğın düşmənlə, siyasət meydanında isə erməni maraqlarının əsirinə çevrilmiş ikili dünya ilə amansız savaşa çıxdı. Prezident İlham Əliyev Vətən uğrunda bu müqəddəs savaşla Azərbaycan tarixinin ən böyük və ən şərəfli Zəfər epopeyasını yazdı.
Bu gün Prezident İlham Əliyev bizim dünyada tanınan və nüfuz sahibi olan liderimizdir. Müstəqilliyimizin ilk illərinin xaotik çağlarında, islahatlar dövründə yetişmiş, öz milli-mənəvi, elmi səviyyəsini, qabiliyyətini göstərməyə o vaxtlar imkan tapmayan, intellektual-ziyalı elektoratın, sadə insanların, erməni təcavüzündən əziyyət çəkmiş minlərlə vətəndaşın – ümumiyyətlə, dünya azərbaycanlılarının düşüncəsində onun liderliyi şəksiz qəbul olunur. İlham Əliyev Azərbaycanı yüksəltməklə özü də bütün azərbaycanlıların Prezidenti səviyyəsinə yüksəlmişdir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 4-08-2023, 11:50 Oxunub: 96
Bölməyə aid digər xəbərlər
16-06-2023, 11:19
Fatey bey: “Qurtuluşdan Zəfərə”
15-06-2023, 16:33
Eltun Süleymanov: “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur"
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
6-04-2023, 09:36
Eltun Süleymanov: “Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır”
2-03-2023, 11:02
Eltun Süleymanov: “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
1-10-2022, 10:16
Ulu Öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün sınaqlardan uğurlu çıxışını təmin etdi
6-04-2022, 12:53
Şahmar Usubov: Azərbaycan xalqı doğru və müdrik seçim etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO