12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Mirdamət Seyidov: Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsi üçün zəngin mənbədir

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov - Azərbaycan diplomatik uğurları tarixi həqiqətlərə, real faktlara əsaslanır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında diplomatik üstünlüyümüz, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu xüsusi yer tutdu. Ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə əsas çağırışlarından biri dünyanın ikili standartlara əsaslanan siyasətə son qoyub beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsidir. Bu məqamı da qeyd edək ki, BMT sisteminin təkmilləşdirilməsi, tərkibinin genişləndirilməsi məsələsinin gündəmə gətirilməsi də səbəbsiz deyil.
Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsi üçün zəngin mənbədir. Cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi də hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Bu məqam diqqətdən kənarda qala bilməz ki, dövlət başçısı İlham Əliyev bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıqlamaqla bir daha ölkəmizin siyasətində müstəqil olduğunu, xarici siyasətinin prinsiplərinin dəyişməzliyini təsdiqlədi. Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyəti, regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslərlə bağlı suallar ətraflı, əsaslı şəkildə cavablandırıldı. Dövlət başçısı “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq” mesajı ilə hazırkı dövrün əsas çağırışlarının ümumi mənzərəsini təqdim etdi.
Ölkə Prezidentinin çağırışında da qeyd olunduğu kimi, Azərbaycan 30 il işğal dövrünü yaşadı. Torpaqlarımızın 20 faizi işğal altında, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətində yaşadı. Soydaşlarımız torpaq həsrətinə son qoyulacağı günü səbirsizliklə gözləyirdilər. Nəhayət, həmin gün yetişdi. Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü güc hesabına bərpa etdi. 30 ildə dünya güclərinin edə bilmədiyini rəşadətli Ordunuz 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan dünyaya nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var. Onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir.
Tarixi Zəfərimizdən ötən dövrdə hadisələrin xronologiyasına diqqət yetirdikdə görürük ki, Azərbaycan bütün öhdəliklərin yerinə yetirilməsi üçün səylər göstərir. Sülh müqaviləsi gündəlikdədir. Ermənistan isə yenə də ənənəsinə uyğun olaraq sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün müxtəlif yollara əl atır. Qeyd edilən müsahibəsində “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı” söyləyən dövlət başçısı İlham Əliyev əlavə olaraq vurğuladığı “Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq” fikirləri ilə bir daha postmünaqişə dövrünün əsas hədəfinin nədən ibarət olduğunu diqqətə çatdırdı.
Müsahibəsində Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış vəziyyəti diqqətə çatdıran ölkə Prezidenti bildirdi ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər.
Regionda sülh və əməkdaşlığın təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, təminatını da öz üzərinə götürməyə hazırdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-08-2023, 10:49 Oxunub: 138
Bölməyə aid digər xəbərlər
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
7-07-2023, 10:01
Azərbaycan QHT-lərindən Paşinyana AÇIQ MƏKTUB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
24-10-2022, 09:50
Görəsən bəzi sayt rəhbərləri Həsrət Əmrahovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçər
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
11-07-2020, 19:58
Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi