12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mirdamət Seyidov: Sabitlik və inkişaf mərhələsi

 

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov - Bu gün işğaldan azad olunmuş torpaqlarımızda tapiximizdən süzülüb gələn, ruhumuza hopmuş bir zeyniyyətlə qurub-yaratmaq, əkib becərmək işləri görülür. Azad etdiyimiz torpaqların əsil sahiblərinin bizlər - azərbaycanlılar olduğunu dünya ictimaiyyətinə əyani şəkildə göstərməyin ən mükəmməl üsuludur bu qurub-yaratmaq eşqi. Bəli, artıq bütün dünya görür ki, lazım gəldikdə öz liderinin ətrafında sıx birləşərək dəmir yumruğa çevrilib düşməni darmadağın edən Azərbaycan xalqı bu gün də öz rəhbərinin, Ali Baş Komandanının bir çağırışı ilə sıx birləşərək ata-baba torpaqlarına qayıtmağa, quruculuq işlərində yaxından iştirak etməyə, azad olunmuş on minlərlə hektarlıq münbit torpaqlarımızı əkib-becərməyə hazırdır.

Təsadüfi deyil ki, sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev sıfırdan yeni şəhər və kəndlər inşa etdiyimizi və ona görə də burada müasir texnologiyalar tətbiq etməklə keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradacağımızı bildirdi.

Hazırda quruculuq işlərinin aparıldığı əzəli yurd yerlərimiz otuz illik işğal dövründə işğalçı Ermənistan tərəfindən darmadağın edilmiş, daş üstə daş qalmamışdı. Beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozaraq, Cenevrə Konvensiyasına əsasən cinayət törədən Ermənistana beynəlxalq ictimaiyyət sanksiya tətbiq etmədi. Hətta onları heç ictimai şəkildə qınamadılar belə.

Təbii ki, regionda sülhə nail olmaq mümkün idi. Lakin bu məsələni həll etməyə mandatı olan ölkələr bunu gözardı etdilər. 28 il ərzində ədalətin bərpa edilməsini gözləyən Azərbaycan nəticədə bunu özü etdi. 44 gün ərzində aparılan haqq savaşında bunu etdik.

Eyni zamanda, hazırkı Ermənistan hakimiyyəti də istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər də bunu bilirdilər. Torpaqlarımızda yaşayan erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə Azərbaycan dövləti hazır idi. Sentyabrın 19 da keçirilən antiterror tədbirləri zamanı da Azərbaycan dövləti bəyan etmişdi ki, Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Azərbaycan iştirakçısı olduğu bütün konvensiyalara, Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq reinteqrasiya ilə bağlı öz baxışını təqdim etmiş, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqlarının təmin ediləcəyi diqqətlərinə çatdırılmışdı. Buna baxmayaraq Ermənistanın yüksək səviyyəli hökumət rəsmiləri bu gün Azərbaycanı heç etmədiyi məsələlərdə ittiham edirlər. Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan ona qədər heç kəsin işlətmədiyi bir ifadə işlədərək “Qarabağ Ermənistandır və nöqtə” deyəndə Azərbaycanın qırmızı xəttini keçmiş oldu. Bundan başqa, sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərməklə, Azərbaycana qarşı yeni ərazi iddiası irəli sürmüş oldu. Bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi.


9 sentyabr tarixində Qondarma Dağlıq Qarabağın qondarma “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Əlbəttə bununla qırmızı xətt yenidən pozulmuş oldu.

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirlərində Azərbaycan ordusu Ali Baş Komandanının istəyinə uyğun olaraq ərazi bütövlüyümüzü tam təmin etdi və dayandı. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Bunu Ermənistan hakimiyyəti də bilməlidir. Hesab edirəm ki, bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması təmin olunacaq.


Tarix: 6-10-2023, 09:53 Oxunub: 32


Bölməyə aid digər xəbərlər