12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan inkişaf dinamikası baxımından dünyada ən öncül sıradadır



Bu gün Azərbaycan regionun lider ölkəsi kimi dünya miqyasında nüfuzunu getdikcə artırır, siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. İqtisadi inkişafına görə, son 20 ildə dünya miqyasında Azərbaycanla müqayisə olunacaq ikinci ölkə tapmaq çox çətindir. Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb. Məhz bu uğurlu göstəricilər Prezident İlham Əliyevin "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib. Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz faktdır. Bütün bunlar təsadüfi deyil, Azərbaycan dövlətinin yürütdüyü müstəqil siyasət həmişə şəffaf olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətində də ölkəmizin iqtisadi imkanlarından, regionda həyata keçirdiyi uğurlu layihələrdən, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən danışılıb. Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb. Eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib. Hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə, Azərbaycan İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən hərbi qüdrətimizin artırılmasını xüsusi qeyd edib. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Son iki il yarımın reallıqları bir daha təsdiq etdi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq.
Mikayıl Məmmədov - Maştağa bələdiyyəsinin sədri


Tarix: 12-10-2023, 10:49 Oxunub: 77


Bölməyə aid digər xəbərlər