12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvədir




Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın "dəmir yumruq" əməliyyatı nəticəsində güclü ordumuzun cəsarəti və rəşadətli əsgər və zabitlərimizin qanı bahasına əldə edildi.  Azərbaycan xalqı, onun seçkin insanları Heydər Əliyev şəxsiyyəti işığında birləşdilər. 91 nəfər görkəmli ziyalımızın imzası ilə Naxçıvana, ulu öndərə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi.
Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 800 mindən çox insanı birləşdirir. 31 il ərzində Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək.
Bu gün YAP Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalıdır. 
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri


Tarix: 20-11-2023, 14:46 Oxunub: 29


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram