12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Binəqədidə YAP fəalları ilə növbəti görüş keçirilmişdir -Fotolar

Binəqədidə YAP fəalları ilə növbəti görüş keçirilmişdir -Fotolar


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov Binəqədi rayonunun S.S.Axundov küçəsində partiya fəalları ilə görüşüb.Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılıov Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfərlərdən danışaraq bildirib ki, 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu tarix bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 gün ərzində son qoydu.
Millət vəkili Kəmaləddin Qafarov bildirdii ki, xalq-iqtidar birliyindən güc alan, ona güvənən Azərbaycan ordusu bu qələbəyə inam və rəşadətlə nail oldu. Azərbaycanın qüdrəti onun birliyindədir. 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. Tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir.
Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, ərazi partiya təşkilatının sədri Natiq Cavadov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirlərində rəhbərlik etdiyi müəssisənin də partiya üzvülərinin fəal şəkildə iştirak etdiklərini bildirmişdir. Görüşdə iştirak edən partiya fəalları və sakinlər belə görüşlərin təşkil olunmasını razılıqla qarşılamış və yüksək qiymətləndirmişlər.




Tarix: 24-11-2023, 11:21 Oxunub: 17


Bölməyə aid digər xəbərlər