09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
10:01 / 27-07-2026
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Eltun Süleymanov: “Qələbəmizin qətiliyi və dönməzliyi bir daha təsdiq edildi”

“Son üç ildə hər gün Azərbaycan tarixində mühüm hadisələrlə zəngindir. Bu zəngin tarixə hər gün yeni səhifələr yazan da Azərbaycanın Müzəffər Ali Baş Komandanı, mahir diplomat, qalib sərkərdə cənab İlham Əliyevdir. 3 ay bundan əvvəl birgünlük antiterror əməliyyatının keçirilməsi əmrini verən və bu əməliyyatı böyük müvəffəqiyyətlə başa çatdıran cənab Prezident işğaldan azad olunmuş torpaqlarımızı qarış-qarış gəzir, bu ərazilərdə aparılan bərpa quruculuq işləri ilə yaxından tanış olur.
Tarixi günlərdən biri də Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalanması günü oldu. 15 oktyabr 2023-cü il tarixə bu adla yazıldı. O vaxtdan bəri tarixi şəhərimiz Xankəndidə aparılan abadlıq, quruculuq işləri ölkə rəhbərinin diqqət mərkəzindədir.
Dünən isə xalqımız daha bir tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəlmişdilər.
Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi. Qəhrəman şəhidlərimizin uşaqlarının, ailə üzvlərinin stadionda olduğunu qeyd edən ölkə başçısı tamaşaçılarla birlikdə onları salamladı və çıxış etdi.
Bu qısa, lakin tarixi çıxışın çox böyük mənası var. İlk dəfə idi ki, Azərbaycan xalqı Xankəndi stadionundan cənab Prezidentin çıxışını dinləyirdi. İlk dəfə bu stadionda milli komandalarımızın oyunu keçirilir və oyuna tarixi torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalmış soydaşlarımızın övladları bu tarixi günə şahidlik edirdilər.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Azərbaycan Prezidentinin çıxışı nikbin notlar üzərində qurulmuşdu. Futbol matçının bu tarixi şəhərdə keçirilməsinn çox böyük rəmzi mənası olduğunu bildirən ölkə başçısı qeyd etdi ki, “Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.”
Üç ay bundan əvvəl bu gözəl şəhərin işğalçılardan və separatçılardan azad edildiyini, şəhərdə o gündən bəri üçrəngli bayrağımızın dalğalandığını qeyd edən cənab Prezident bunu tarixi hadisə adlandıraraq bu tarixin bizim qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqının, dünya azərbaycanlılarının Zəfərlə əbədi fəxr edəcəklərini bildirdi.
İşğaldan azad olunan əraizlərdə aparılan bərpa-quruculuq işlərinə toxunan cənab Prezident qeyd etdu ki, “Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.”
Ölkəmizin başçısı bu oyunun qalibinin ilk növbədə Azərbaycan xalqı, onun qəhrəman övladlarından ibarət yeniməz ordusu olduğunu qeyd edərək bildirdi: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.”
Eltun Süleymanov sonda qeyd etmişdir ki, nitqini “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”- nidası ilə bitirən ölkə başçısı bir daha hamıya mesaj verdi ki, bizim qələbəmiz dönməzdir, qətidir və Azərbaycan xalqı öz müdrik Liderinin rəhbərliyi altında mübarizəsini davam etdirəcəkdir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 22-12-2023, 12:40 Oxunub: 76
Bölməyə aid digər xəbərlər
22-12-2023, 11:12
Aqiyə Naxçıvanlı: “Xankəndidə keçirilən futbol matçı xalqımıza növbəti dəfə böyük qürur yaşatdı”
21-12-2023, 13:58
İlham Əliyevin Xankəndi stadionunda möhtəşəm ÇIXIŞI - YENİLƏNİB - VİDEO
21-12-2023, 13:16
Xankəndidə keçirilən “Qarabağ” - MOİK oyunu başlayıb - YENİLƏNİB
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
19-11-2023, 09:09
Eltun Süleymanov: “Ağdam Şəhəri Günü” ilahi ədalətin təntənəsidir”
2-11-2023, 11:32
Eltun Süleymanov: “Qalib xalq, qalib ordu, müdrik və müzəffər sərkərdə birliyi bu gün öz möhtəşəmliyini qətiyyətlə davam etdirir”
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-07-2020, 16:01
Avropa Liqasının püşkü atıldı: Türkiyə klubu “Mançester Yunayted”lə qarşılaşa bilər