12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Professor İbrahim Quliyev: Ağıllı rəhbəri olan xalqın gücü tükənməzdir

Professor İbrahim Quliyev: Ağıllı rəhbəri olan xalqın gücü tükənməzdir


Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son iyirmi ildə Azərbaycan onun titanik fəaliyyəti nəticəsində görünməyən inkişafa nail olub, regionun lider dövlətinə çevrilib. Beynəlxalq birlik Azərbaycan Respublikası və onun prezidenti ilə hesablaşır, liderliyini qəbul edir. Bu, və digər amillər dövlət başçısının müdrikliyinin əyani təcəssümüdür. Ötən müddətdə qazanılmış ən böyük uğur isə 30 il düşmən tapdaği altında qalmış torpaqlarımızın Azərbaycan Prezidentinin yüksək siyasi iradəsinin sayəsində azad olunmasıdır. Bu, böyük nailiyyət və tarixi qələbədir. Müzəffər Ali Baş komandanımız bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı hansı qüdrətə, hünərə, bacarığa və qeyrətə malikdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Respublika Veteranlar Təşkilatı sədrinin müşaviri İbrahim Quliyev bildirib.

O qeyd edib ki, torpaqlarımızın azad olunması məhz xalqın dövlət başçısının ətrafında sıx birləşməsi və rəşadətli Azərbaycan Ordusunun səyi nəticəsində, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına əldə edilib: “Düşünürəm, hər bir azərbaycanlı bunu dərk etməli, bu məsuliyyəti başa düşməklə yanaşı, qazanılmış bu şanlı Zəfərin qorunması üçün bundan sonra da çalışmalıdır. Qarşıdan seçkilər gəlir, düşünürəm ki, hər bir azərbaycanlı bu siyasətin davam etməsini dəstəkləyəcək. Ona görə ki, dövlət başçısı həqiqi mənada xalqımızın və hər bir azərbaycanlının prezidenti olmasını nümayiş etdirdi, 20 il ərzində verdiyi bütün vədləri tam yerinə yetirdi”.

Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən professor deyib ki, Ulu Öndərin hakimiyyətə qayıdışı asan başa gəlməmişdi: “Vaxtilə Heydər Əliyevin Moskvadan Azərbaycana gəlməsinə maneə olur, onu hədələyirdilər. Amma o gəldi, lakin Naxçıvana getdi. Çünki Ulu Öndəri Bakıda qalmağa qoymadılar. Ovaxtkı AXC partiyasının Heydər Əliyevə münasibəti məlum idi və onlar Ulu Öndəri istəmirdilər. Xalqımız isə onu qorudu və Milli Məclisə gətirdi. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Heydər Əliyev ilk dəfə 1991-ci ildə Milli Məclisdə dilə gətirmişdi”.

Əməkdar müəllim dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə necə çətin şəraitdə gəldiyini bir daha xatırladaraq deyib: “Ümummilli Lider Naxçıvanda olarkən heç bir vəzifəyə can atmırdı. Onu vəzifəyə xalqın məhəbbəti və inamı, xahişi və tələbi gətirdi. Onu hakimiyyətə xalq gətirdi. Bu, elə bir vaxt idi ki, ölkə dağılırdı, təxribatlar, faciəli hadisələr baş verirdi. Xalqımız, ölkədəki tanınmış insanlar xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Ulu Öndər heç vaxt deməmişdi ki, Azərbaycan rəhbərliyinə gəlmək istəyir. Amma bununla bağlı müraciət olanda Ümummilli Lider xalqın çağırışını cavabsız qoymadı. Yeni Azərbaycan Partiyasına sədrlik etməyə razılıq verdi. Azərbaycan artıq müəyyənləşdirdi ki, Heydər Əliyev hakimiyyətə gəlməyə, məsuliyyəti üzərinə götürməyə hazırdır. Xalq ona görünməmiş dəstək verdi. Xalqın sel kimi məhəbbəti onu hakimiyyətə gətirdi. 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilərək Azərbaycanı xilas etdi”.

Respublika Veteranlar Təşkilatı sədrinin müşaviri xüsusilə qeyd edib ki, o vaxt torpaqlarımız bir-birinin ardınca işğal olunurdu, Gəncədə baş verən hadisələr vətəndaş müharibəsinə gətirib çıxarmışdı: “Məhz müdrik xalqımızın düşüncəsinin, düzgün seçim etməsinin hesabına biz xilas olduq. Xalqımız Heydər Əliyevi hakimiyyətdə görmək istədi. Beləliklə, dünyada özünü təsdiq etmiş bir azərbaycanlını, xalqını sevə-sevə yaşayan insanı hakimiyyətə gətirdi. Allah ona rəhmət etsin, məzarı nurla dolsun.

İyirmi il əvvəl xalqımız yenə müdrik qərar qəbul etdi. İlham Əliyevi hakimiyyətdə olmasını istədi və buna nail oldu. Biz hazırda çoxlu qələbələr əldə etmişik. Nəticə yalnız budur ki, xalq çox böyük qüvvədir. Amma xalqın ağıllı rəhbəri olanda onun gücü tükənməz olur”.


Tarix: 9-01-2024, 14:06 Oxunub: 32


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası