Azərbaycan Avropanın qaz asılılığını aradan qaldırıb və hər bir ölkə Azərbaycanın sürətlə inkişafını görür





   Azərbaycanın Avropa Şurasına üzv olmasının əsas səbəbi Dağlıq Qarabağ probleminin həll olunması və ölkələrarası sülhün qorunması olmuşdur. Amma biz illərdir ki nələrin şahidi oluruq: Ermənipərəst Fransa və Avropa Şurası qərəzli olaraq Azərbaycanı ləkələməyə şalışır və nəyin ki, Dağlıq Qarbağ problemini həll etmək, heç bu yolda bir iş aparmır əksinə hər zaman işğalçı dövlət olan Ermənistanın tərəfini tutur. Avropa Şurası BMT-nin 1993-cü ilin müxtəlif aylarında qəbul etdiyi qətnamələr (822,853,874,884) üzərində heç bir iş aparmır belə ki,təcavüzkarla təcaüzə məruz qalan ölkə arasında heç bir fərq qoymurdu. Bütün dünyanın gözü qarşısında baş verən 1992-ci il hadisələri, Azərbaycan torpaqlarının işğal olunması probleminin həlli  beynəlxalq təşkilatların sadəcə qətnamə verməsi ilə sonlanırdı ki, bu qərarlar sadəcə gözdən pərdə asır və ermənilərin teror və işğalçı siyasətinin dəstəklənməsinə gətirib çıxarırdı.
Bildiyimiz kimi Azərbaycan Respublikası hər zaman sülh tərəfdarı olmuşdur. Buna görə illərdi dözərək münaqişənin sülh yolu ilə həll olunmasına çalışıb və dəfələrlə təşkilatlarla söhbətlər aparıb və işğalçıların sülh yolu ilə torpaqlarımızdan çıxmasını tələb edib.Avropa Şurasının Ermənistanın işğalçı siyasətinin dəstəklədiyini dəfələrlə faktlarla görmüşük. Cənab Prezident İlham Əliyevin çıxışında da bunu görə bilirik. Ölkə başçısı iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışı zamanı da bu faktı diqqətə çatdıraraq belə söyləmişdir : “Ermənistanda gedən saxta seçkiləri bütüb aparıcı ölkələr qınadı və qəbul etmədi Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. Səbəb bəllidir. Çünki Avropa Şürası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!”
 Avropa Şurasının belə saxta çıxışları bir daha bizə sübut etdi ki, ölkəmizin Dağlıq Qarabağ problemini biz öz gücümüzə həll etməli və nəyin naminə olur olsun, illərdi göz yumulan bu ədalətsizliyə qarşı çıxmalıyıq. Hal-hazırda Azərbaycan inkişafda olan ölkə olaraq, Avropa üçün önəmli olan bir ölkəyə çevrilmişdir. Çünki bir ölkədə ki iqtisadı güc və siyasi birlik varsa Avropa Şurası belə gücə malik olan ölkələrdən qorxur. Xüsusən də indiki halda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrildiyi bir vaxtda. Azərbaycan Avropanın qaz asılılığını aradan qaldırıb və hər bir ölkə Azərbaycanın sürətlə inkişafını görür. Gözü götürməyən ermənilər və ermənipərəst olan Fransa kimi ölkələr bunu qəbul edə bilmir. Onların çıxışlarındakı fikirlər belə absurt və gülməlidir.
Beləki Azərbaycan “44 günlük Qarabağ müharibəsində bütün regional ölkələrə o cümlədən düşmənlərinə siyasi və iqtisadı gücünü göstərdi. Ölkəmizin illərdi susmasının bir səbəbi var idi: Münaqişəni sülh yolu ilə həll etmək! Azərbaycan həm siyasi masada ,həm də döyüş zonasında hər barədən özünün güclü olduğunu müharibəni qazanmaqla və mümkün qədər insan haqlarını qorumaqla bir daha sübut etdi. Mənfur düşmən və onun tərəfdaşları nə qədər məkirli planlarını önə çəkməyə çalışsalar da bu alınmadı və Azərbaycan qələbəni heç bir təşkilatın sayəsinə  deyil öz gücü və Cənab Prezident İlham Əliyevin güclü siyasəti naminə qazandı. Bu da onu göstərir ki Azərbaycanın ədalətsiz ,Azərbaycan fobiyalı Avropa Şurasına ehtiyacı yoxdur!

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin 
ibtidai sinif müəllimi Könül Həsənova 


Tarix: 26-01-2024, 09:30 Oxunub: 64


Bölməyə aid digər xəbərlər