12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti ərazi bütövlüyünün bərpa olunması, əbədi və əzəli torpaqlarımızı düşmən tapdağından qurtarmaq idi

Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti ərazi bütövlüyünün bərpa olunması, əbədi və əzəli torpaqlarımızı düşmən tapdağından qurtarmaq idi


17 il ərzində şərəfli inkişaf yolu keçmiş YAP uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəf və ləyaqətlə həyata keçirmiş və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayındakı çıxışında qeyd etdiyi kimi indi də bu missiyanı həyata keçirməyə davam edir.
Çıxışda vurğulandığı kimi Yeni Azərbaycan partiyasını səciyyələndirən əsas xüsusiyyətlər - ölkələr arasında əməkdaşlığı labüd edən təşəbbüslər, davamlı islahatlar, müstəqil siyasətin aparılmasını mümkün edən iqtisadi inkişafdır.
Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti ərazi bütövlüyünün bərpa olunması, əbədi və əzəli torpaqlarımızı düşmən tapdağından qurtarmaq idi. Xalq, dövlət olaraq biz bu hədəfə doğru gedərək gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçib bir yumruq kimi birləşdik və nəticədə cəmi 44 gün ərzində yüksək vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçən şəhidlərimiz, qanı bahasına döyüşən qazilərimizin göstərdikləri tarixi qəhrəmanlıqlar sayəsində ədaləti bərqərar etdik və düşmən torpaqlarımızdan qovuldu..
YAP-ın VII Qurultayında bəzi vacib qərarların qəbul olunması partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuşdur. Partiyadaxili struktur islahatlar və təşkilati məsələlər, təyinatlar bu dəyişikliklərdəndir.
Həmçinin Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması,vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış YAP-ın fəaliyyətində müəyyən olunmuş növbəti strateji hədəflərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, qazanılmış böyük uğurlar, görülmüş nəhəng işlər bu gün Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanır və tam dəstəklənir. Keçirilən sorğuların nəticələri göstərir ki, xalqın dəstəyi ölkə Prezidenti və YAP sədri kimi cənab İlham Əliyevə müstəqil, prinsipial və milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməyə hərtərəfli imkan verir.  Belə ki, Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq xüsusi əhəmiyyətə malik olub regionda birləşərək Türk İslam birliyinin qurulmasında, Müsəlman dünyasının yaşayacağı baharında öncü liderlər olaraq birlikdə addım atmaq, dünyada sülhü, ədaləti təmin etmək niyyətilə edilmiş önəmli cəhdlərdir. 


Maştağa qəsəbəsi, 255 №-li tam orta məktəbin
ibtidai sinif müəllimi Tünzalə Məmmədova


Tarix: 29-02-2024, 16:15 Oxunub: 47


Bölməyə aid digər xəbərlər