12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
COP29-un Bakıda keçirilməsi siyasi, iqtisadi, həm də mədəni dividentlər gətirəcək

COP29-un Bakıda keçirilməsi siyasi, iqtisadi, həm də mədəni dividentlər gətirəcək



Dubayda keçirilən 28-ci konfransdan sonra qərar qəbul olunub ki, COP29 Azərbaycanda keçirilsin. Bu Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin apardığı siyasətin qələbəsidir ki, belə mötəbər, beynəlxalq platformanı Bakı şəhərində təşkil edirik. Əsas məsələ ekoloji tarazlığın pozulmasının, atmosferin çirklənməsinin qarşısının alınmasıdır ki, özünə hörmət edən, yaşadığı dünyanın problemlərindən narahat olan hər bir dövlət çalışır ki, öz töhfəsini versin. 1993-cü ildən, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ekoloji məsələlərə kifayət qədər diqqət ayrılıb.
Ölkə ərazisində səhralaşma prosesi baş verir. Uzun illər nəzarətsizlik şəraitindən istifadə olunaraq meşələrin kortəbii qırılması baş verib. Yeraltı və yerüstü su ehtiyyatları kifayət qədər azalıb. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm mədəni dividentlər gətirəcək. Digər tərəfdən də BMT üzvü olan ölkələrin əksəriyyəti bu proqramda iştirak edir və gələn il xeyli sayda dövlət və hökumət başçılarının, ümumilikdə 80 mindən çox xarici qonağın ölkəmizə səfəri nəzərdə tutulur. Bu da təbii ki, Azərbaycanın daha da çox reklam olunmasına, müsbət tərəfdən daha da tanınmasına, dünyaya açılmasına xidmət edən bir faktordur. Hesab edirəm ki, Azərbaycan xalqı fəxr etməlidir ki, bizim 2020-ci ildə əldə etdiyimiz tarixi qələbədən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən, Xankəndinə bayrağımızı sancdıqdan sonra bu da diplomatik müstəvidə əldə olunan böyük, möhtəşəm bir qələbədir. Mən bunu alqışlayıram və hesab edirəm ki, xalqımız da yekdilliklə belə bir tədbirin Azərbaycanda keçirilməsindən razılığını, məmnunluğunu bildirir.
Elmar Allahverdiyev-Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun direktoru


Tarix: 26-04-2024, 09:37 Oxunub: 21


Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası