10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”

“Ölkəmizdə dünyanın, o cümlədən bəşəriyyətin gələcəyi ilə bağlı son dərəcə önəmli və aktual məsələlərin müzakirəsinin aparılması, qlobal problemlərin həlli ilə bağlı vahid qərarların qəbul olunması artıq ənənə halını alıb. Bir növ Bakı dünyanın mərkəzi rolunda çıxış edir və bunu son illərin təcrübəsi də bir daha təsdiqləyir. Bu günlər paytaxtımızda daha bir mötəbər tədbir - “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı Prosesi”nin tərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq sahəsində dünyada yeganə qlobal platformadır. Adından və məqsədindən də aydın olur ki, bu gün Azərbaycan dövləti, xüsusən də onun Prezidenti cənab İlham Əliyev dünyada dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələr verir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Görürük ki, indiyə kimi keçirilən forumlarda müxtəlif mövzular üzrə aparılan müzakirələr, yekun qərarlar, habelə imzalanan sənədlər beynəlxalq təsisatlar və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, xüsusən istinad mənbəyi rolunda çıxış edib. Odur ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq sahəsində ən mötəbər platforma statusunu qazanıb. Eləcə də bu, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoq məkanı olduğunu təbliğ edən mühüm vasitədir. Qürurla deyə bilərik ki, Azərbaycanda lap qədimdən başlayaraq müxtəlif xalqların və dinlərin nümayəndələri xoşbəxt və mehriban ailə kimi yaşayıblar. Burada qarşılıqlı hörmət və anlaşma prinsiplərinə söykənən birgəyaşayış mühiti hər zaman mövcud olub. Bu keyfiyyətlərə görə ölkəmiz tolerantlığın və multikulturalizmin bərqərar olduğu məkan kimi dünyada nümunə çəkilir, nailiyyətləri yüksək qiymətləndirilir, uğurlu təcrübəsi öyrənilir”, - Milli Məclisin deputatı bildirib.
Onun sözlərinə görə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu da son dərəcə aktualdır: “Dünyanın inkişafı, bəşəriyyətin xoşbəxt və firavan gələcəyi sülh və təhlükəsizlikdən keçir. Bunun üçün mədəniyyətlərarası sağlam ünsiyyət, qarşılıqlı etimad və anlaşma olduqca vacib məqamdır. Mən əminəm ki, burada aparılan müzakirələr, səslənən fikirlər və yekun qərar bu sahədə problemlərin aradan qaldırılması üçün xeyli faydalı olacaq. Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxundu, xüsusən multikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanın təcrübəsini bölüşdü. Təbii ki, bu cür dəyərlər olmasa, qorunmasa və inkişaf etməsə, sabitlik əldə olunmaz, sülh və təhlükəsizlik risk altında olar. Hər zaman belə olub ki, ayrı-seçkilik gərginliyə, hətta ağır münaqişələrə belə səbəb ola bilir. Dünya şahiddir ki, Azərbaycanda mövcud olan möhkəm sabitliyin, həmrəyliyin, sağlam cəmiyyətin kökündə həm də tolerantlıq və multikultural dəyərlər dayanır”.
“Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən də bəhs etdi. Əminliklə deyə bilərik, eləcə də bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması, söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub. İrəli sürdüyü təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisata yeni imic qazandırdı, məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu. Quruma sədrliyimiz ağır bir dönəmə təsadüf etdi, xəstəlik planetin hər yerində tüğyan edirdi, böyük fəsadlara yol açırdı. Belə mürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı, vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanı ədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizə apardı. Eləcə də beynəlxalq hüququn tələblərini pozan, ölkələrin daxili işlərinə qarışan, ədavət salan, separatizmə dəstək verənləri ifşa etdi, neokolonializmin çirkin siyasət olduğunu göstərdi. Təəssüflər olsun ki, hətta XXI əsrdə belə bu cür hallar yaşanır və bununla mübarizədə Azərbaycan dünyada haqlı mövqe ortaya qoyur və etiraz səsini ucaldır. Lakin insan hüquqlarından danışan, demokratiyanı əldə dəyənəyə çevirən bəzi dövlətlər və beynəlxalq təşkilatlar nədənsə hələ də bu mövzunun üzərindən sakit keçir, daha çox susqunluğa üstünlük verirlər. Bu azmış kimi, sonra utanmadan başlayırlar, bəlkə də, hər gün fərqli don geyindirdikləri, mahiyyətini dəyişdirərək gözdən saldıqları demokratiyadan, insan hüquqlarından danışmağa. Bütün bunlar ikili standart deyil, bəs nədir!?”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-05-2024, 08:58 Oxunub: 70
Bölməyə aid digər xəbərlər
15-03-2024, 13:52
Səttar Möhbalıyev: “Qlobal Bakı Forumunun beynəlxalq problemlərin həllinə böyük dəstəyi var”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
5-05-2023, 15:51
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Şuşa konfransında dövlətimizin ədalətli siyasətini bir daha bəyan etdi”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi