20:18 / 05-06-2026
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Aqiyə Naxçıvanlı: “Azərbaycan-Belarus münasibətləri hər iki ölkənin xalqlarının milli maraqlarına uyğun inkişaf edir”

“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılmışdır. Bu gün iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Əlbəttə ki, bu münasibətlərin formalaşmasında və inkişafında Azərbaycan və Belarus Prezidentləri arasındakı səmimi dostluq əlaqələri, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri də böyük əhəmiyyət kəsb edən hadisədir. Birmənalı olaraq demək olar ki, bu səfər çərçivəsində aparılmış müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha dinamik inkişafına önəmli töhfə olacaq. Cənab Prezident İlham Əliyevin ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını müfəssəl şəkildə təhlil edərək, bu inkişafın dinamikasını məmnuniyyətlə qeyd etdilər.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə Belarus mütəxəssislərinin cəlb edilməsi çox böyük səmərə vəd edən təşəbbüsdür: “Cənab Prezident İlham Əliyevin Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etməsi düzgün düşünülmüş və hər iki ölkə üçün kifayət qədər böyük səmərə verəcək qərardır. Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü və həyata keçirəcəyi işlərin miqyası çox genişdir. Dövlət başçımızın dediyi kimi, sıfırdan bərpa edilməsi tələb olunan ərazilər sahəsinə görə Livan dövlətinin ərazisindən 1,5 dəfə böyükdür. Bütün bu ərazilərdə işğal dövründə hər şey dağıdılıb. Bütün infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Məhz buna görə də Belarus şirkətlərinin bu prosesə fəal qoşulmaları son dərəcə məqsədəuyğundur. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. Bu təcrübə Azərbaycan üçün keçmiş məcburi köçkünləri yeni tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaq, həmçinin onları müvafiq işlə təmin etmək kimi məsələlərin həllində çox faydalı ola bilər. Öz növbəsində Belarus tərəfinin Azərbaycanın azad edilmiş ərazilərində aqroşəhərciklər və bununla bağlı bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazır olduqlarını bildirmələri bu layihələrin tezliklə gerçəkləşəcəyini deməyə əsas verir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-05-2024, 09:10 Oxunub: 32
Bölməyə aid digər xəbərlər
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
9-01-2024, 13:34
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO -YENİLƏNİB
11-10-2023, 09:04
Cənubi Qafqazda sülhə doğru bir addım
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
7-04-2023, 14:18
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri hər iki ölkə xalqlarının rifah yüksəlişinə yeni töhfələr verəcək ”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
22-04-2022, 08:30
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO