11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri hər iki ölkə xalqlarının rifah yüksəlişinə yeni töhfələr verəcək ”

“Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin otuz illik tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurulmuş və hər iki xalqın maraqlarına cavab verən əhəmiyyətli nəticələr əldə olunmuşdur. Diqqətəlayiq haldır ki, bu gün Tacikistanda ölkələrimiz arasında mövcud olan münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətlərinin olduğu ehtiramla xatırlanır. Bu ehtiramın ən bariz təzahürlərindən biri də gələn ay Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyinin bəyan edilməsi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tacikistana dövlət səfəri zamanı hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatla etdikləri çıxışlarında bu məqamı xüsusi qeyd etdilər. Tacikistan Prezidenti Emoməli Rəhmon böyük dövlət xadimi Heydər Əliyevlə ünsiyyətlərini hər zaman səmimiyyətlə xatırladığını bildirərək, Ulu Öndərin ölkəmiz üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri olduğunu və Azərbaycanı sabitlik, inkişaf yoluna çıxardığını vurğuladı. Qeyd olundu ki, cənab Prezident İlham Əliyevin Tacikistana səfəri də həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat Azərbaycan və Tacikistan prezidentləri arasında keçirilmiş təkbətək və geniş tərkibli görüşlər zamanı qarşılıqlı əlaqələrin inkişafına yeni təkan verəcək mühüm müzakirələrin aparıldığını qeyd edərək bunları deyib: “İki ölkənin dövlət başçıları arasında gedən danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətraflı nəzərdən keçirilib, bir çox aktual məsələlərə dair fikir mübadiləsi aparılıb. İmzalanmış ikitərəfli sənədlər əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib. Çoxşaxəli əlaqələr kompleksinin tərkib hissələri kimi parlamentlərarası əməkdaşlığın fasiləsiz xarakteri qeyd olunub. İki ölkənin parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində bu əməkdaşlığın yeni məzmun kəsb etdiyi vurğulanıb. Cənab Prezident İlham Əliyev bu gün Tacikistan və Azərbaycanın iki sabit dövlət olduğunu qeyd edib və bu sabitliyin inkişafın və təhlükəsizliyin əsası olduğunu vurğulayıb. Həmçinin dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlərin mövcud olduğunu bildirib. Cənab Prezident nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verildiyini diqqətə çatdıraraq, Azərbaycanın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu qeyd edib. Əlbəttə ki, bu, bir tərəfdən Tacikistanın bizə yaxın ölkə olduğunu, digər tərəfdən isə, bu ölkədə sabitliyin hökm sürdüyünü bir daha təsdiq edir. Çünki, investisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması da ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur. Belə qənaətə gəlmək olar ki, dövlət başçımızın səfərinin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Cənab Prezident İlham Əliyev hökumətlərarası komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirilməsinə dair razılığa gəlindiyini, bu iclasa qədər nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqların yerinə yetiriləcəyinə və bu nəticələrin sevindirici olacağına əminliyini bildirib.”
Həmçinin A.Naxçıvanlı Azərbaycan ilə Tacikistan arasında mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməl üzərində qurulduğunu qeyd edib: “Azərbaycan və tacik xalqları əsrlər boyu qarşılıqlı hörmət, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda isə Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, qədim Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Öz çıxışında möhtərəm dövlət başçımız bunu da qeyd edib ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub. Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Əlbəttə ki, bu faktlar bir çox mühüm məqamlara dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının azərbaycanlı sənətkarlara etibar edilməsi böyük etimaddan xəbər verir və səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin yaradır”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-04-2023, 14:18 Oxunub: 60
Bölməyə aid digər xəbərlər
6-04-2023, 08:47
Aqiyə Naxçıvanlı: “2018-ci ilin növbədənkənar Prezident seçkiləri milli maraqlar baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi hadisə idi”
26-01-2023, 15:25
Aqiyə Naxçıvanlı: “Gəncliyin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin daima diqqət mərkəzində idi”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
22-04-2022, 08:30
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır”
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO