11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq

Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq


Abşeron rayonunun və Bakının bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.

Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınadək qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq.

Tarix: Bu gün, 11:12 Oxunub: 1


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı