Berlində, Petersberq İqlim Dialoqu tədbirində müxbir , həqiqətən də, COP29-a aparan yolun başlanğıcında olduğumuzu bildirir və “Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?”-suallarını ünvanlayır.
Prezident İlham Əliyev cavabında: “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz”-deyib.
Prezident İlham Əliyev COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını vurğulayıb.
Müxbirin “Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istərdim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi? sualına Prezident İlham Əliyev cavab olaraq deyib: “Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq.
Müsahibənin davamında Prezident İlham Əliyev COP29- un davamlı mirası olaraq yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar atılmalı olduğunu bildirib. Eyni zamanda o bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Məlikova
Bölməyə aid digər xəbərlər