08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
10:01 / 27-07-2026
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
09:13 / 27-07-2026
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
09:00 / 27-07-2026
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
12:11 / 25-07-2026
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
11:39 / 25-07-2026
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
10:17 / 25-07-2026
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
10:00 / 25-07-2026
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
09:02 / 25-07-2026
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Aqiyə Naxçıvanlı: “Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib”

“Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və Azərbaycanda ilk mətbu orqan olan “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən etibarən ölkəmizdə Milli Mətbuat günü kimi qeyd olunur. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və o dövrün digər aparıcı ziyalılarının böyük xidmətləri olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına önəmli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.”
Bu fikirləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Daha sonra müsahibimiz Milli mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların müstəsna rolunu vurğulayıb: “Milli mətbuatımızın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın da inkişaf tarixində yeni mərhələyə keçid üçün əlverişli zəmin yaratdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi. Ümummilli Lider Heydər Əliyev mətbuat işçilərinin əməyinə yüksək dəyər verərək belə demişdir: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir.” Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. Bundan başqa, məhz Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində əsaslı rol oynadı.”
Fikirlərini davam etdirən professor A.Naxçıvanlı 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən Milli mətbuatın inkişafı məqsədilə görülən önəmli tədbirlərdən bəhs edərək bunları deyib: “Bu gün Azərbaycanda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik sürətlə inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin mart ayında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlət başçımızın 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-07-2024, 10:17 Oxunub: 83
Bölməyə aid digər xəbərlər
17-07-2024, 09:57
Eltun Süleymanov: “Azərbaycan mətbuatı öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir”
28-11-2023, 08:37
Bu gün Həsən bəy Zərdabinin anım günüdür
28-07-2023, 09:23
Eltun Süleymanov: “Dilimzin saflığını qorumaq, yaşatmaq, inkişaf etdirmək mənəvi borcumuzdur,”
27-07-2023, 13:20
Aqiyə Naxçıvanlı: “Əsrlərdən keçib gələn mənəvi irsimizi daha da zənginləşdirmək bizim gələcək nəsillər qarşısında borcumuzdur”
21-07-2023, 11:34
Natiq Talıbov: Cəmiyyətimizin güzgüsü
21-07-2023, 10:29
Eltun Süleymanov: “Mətbuatın inkişafına xidmət edən siyasət uğurla davam etdirilir”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
19-08-2022, 11:15
Teymur bəy Bayraməlibəyov - 160
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
25-01-2022, 09:32
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
27-12-2021, 14:14
İlham Əliyev şəhid və hərbçiləri təltif etdi
22-07-2021, 09:30
Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:54
Milli mətbuatımızın yaranmasından 145 il keçdi - VİDEO
22-07-2020, 10:19
Azərbaycan milli mətbuatının 145 yaşı olur
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi