09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev ana dilimizi sovet dönəmində dövlət dili statusuna yüksəltməklə ən böyük tarixi nailiyyətlərdən birinə imza atdı”

“Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyi münasibətilə Respublika Sarayında keçirilmiş təntənəli mərasimdə söylədiyi nitqində demişdir: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Həqiqətən də bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq öz doğma ana dili ilə fəxr edir. Zəngin söz ehtiyatına malik olan müasir ana dilimiz dünya dilləri arasında öz layiqli yerini tutur. Təbii ki, bu gün Azərbaycan dili ölkəmizdə dövlət dili statusuna sahibdir. Lakin doğma dilimizin öz ölkəmizdə dövlət dili statusu alması heç də asanlıqla baş verməmişdir. Milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olunsa da bu hal heç zaman uzun müddət davam etməmişdir. Yalnız Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi mərhələsinə qədəm qoydu.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən müsahibimiz sovet dönəmində respublikamızda ana dilimizin sıxışdırılmasından və bu vəziyyətə son qoymaq üçün Ulu Öndər Heydər Əliyevin atdığı addımlardan bəhs edib: “Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-nin siyasi hakimiyyəti tərəfindən ittifaqa daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Əlbəttə ki, bu gündəm milli respublikalarda rus dilinin hakim mövqelərinin bir qədər də möhkəmlənməsinə xidmət etməliydi. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha geniş vüsət aldı. Əlbəttə ki, belə bir şəraitdə müttəfiq respublikalarda ana dilinin hüquqlarını qorumaq məqsədilə hər hansı bir addım atmaq cəhdləri böyük risklərlə bağlı idi. Lakin, həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün təhlükələrə rəğmən digər sahələrdə olduğu kimi, dil məsələsində də özünün milli mənafelərimizə xidmət edən mövqeyini qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli Lider Konstitusiyanın 73-cü maddəsini belə bir redaksiyada vermək təklifini irəli sürdü: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu tarixi təşəbbüs 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Heç şübhəsiz, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi gələcək müstəqil dövlətimizin ideoloji əsaslarının qurulması üçün möhkəm zəminin yaradılmasında önəmli amil rolunu oynadı. Məhz bu nailiyyətlə Ulu Öndər gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini məharətlə qoruyub-saxlamağa nail oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların və dövlət xadimlərinin cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi. Həmçinin Ümummilli Lider Heydər Əliyev rus məktəblərində Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər vermiş və bununla ana dilinin hər bir xalqın varlığını təsdiq edən başlıca amil olduğunu bir daha vurğulamışdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikamızda yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri yenə də məhz dil məsələsi idi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr də Azərbaycan dilinin nüfuzunun artmasına güclü təsir etmş oldu. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.”
Daha sonra Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhəmiyyətindən bəhs edərən A.Naxçıvanlı bunları deyib: “Xüsusi olaraq qeyd edilməlidir ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayır və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb. O cümlədən dövlət başçımızın “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar isə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinin gerçəkləşməsində müstəsna ol oynayıblar. Həmçinin qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi müasir dövrün tələblərini nəzərə alaraq ana dilimizin saflığının və zənginliyinin qorunmasını təmin edir.” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-07-2024, 11:21 Oxunub: 54
Bölməyə aid digər xəbərlər
22-05-2024, 10:05
Aqiyə Naxçıvanlı: “Cümhuriyyət bayrağını ilk dəfə Xankəndidə ucaldan cənab Prezident İlham Əliyev oldu”
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
1-08-2023, 08:59
Ən qiymətli milli sərvət
27-07-2023, 13:20
Aqiyə Naxçıvanlı: “Əsrlərdən keçib gələn mənəvi irsimizi daha da zənginləşdirmək bizim gələcək nəsillər qarşısında borcumuzdur”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
19-04-2023, 10:24
Kamaləddin Qafarov: “Dövlət dilinin statusu Ulu öndərin səyləri nəticəsində müəyyənləşib”
19-04-2023, 09:58
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev milli mənafelərimizə xidmət edən mövqeyini dil məsələsində də qətiyyətlə bildirmiş və müdafiə etmişdi”
26-12-2022, 22:56
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə milli birlik fəlsəfəmizin əsasını qoyub”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
21-04-2022, 14:42
Rüstəm Nağıyev: “Ulu Öndərin səyləri ilə Azərbaycanda hətta SSRİ dönəmində də gəncliyin ana dilində təhsilinə üstünlük verilib”
20-04-2022, 09:09
Kamaləddin Qafarov: “Ulu Öndər dilimizin qorunmasına böyük önəm verirdi”
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 14:33
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI