10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Aqiyə Naxçıvanlı: “Cümhuriyyət bayrağını ilk dəfə Xankəndidə ucaldan cənab Prezident İlham Əliyev oldu”

“1918-ci il may ayının 28-də qədim Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Ölkə Prezidenti cənab İlham Əliyev Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verərək, öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.” Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti çox az bir müddət ərzində, cəmi 23 ay mövcud oldu. Lakin buna baxmayaraq, hətta bu kiçik dövr ərzində də AXC böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynaya bildi. Belə ki, Cümhuriyyət dövründə müstəqil dövlət quruculuğu baxımından bir çox mühüm qərarlar qəbul edildi. O cümlədən, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat bu gün Azərbaycanda qeyd olunan bir çox əlamətdar günlərin də məhz AXC dövründə təsis olunmuş dövlət strukturlarının yaranma tarixi ilə müəyyən edildiyini diqqət mərkəzinə çəkib: “Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə Ümummilli Liderimizn adı ilə bağlıdır. Ulu Öndər ötən əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirmişdir. 2001-ci il oktyabr ayının 18-də Milli müstəqillik günü münasibətilə etdiyi çıxışında Ümummilli Lider demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”. Bütün bunların nəticəsidir ki, Cümhuriyyətin Azərbaycanın şanlı dövlətçilik tarixindəki önəmli yeri və rolu bu gün də xalqımız tərəfindən daim ehtiramla xatırlanır, dövlətimiz tərəfindən bu tarixə böyük diqqət göstərilir. Təsadüfi deyil ki, hazırda 106 illiyini qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev və Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar.”
Öz fikirlərini davam etdirən A.Naxçıvanlı bildirib ki, ötən əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını da 1993-cü ildə AXC-nin aqibəti gözləyirdi və yalnız Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə ölkənin və xalqın başı üzərindən sovuşdu: “1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan cəmi iki ildən sonra bu müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Əgər ötən əsrin əvvəllərində və sonlarında ölkəmizdə cərəyan edən hadisələr arasında bir paralel aparsaq, bu zaman görərik ki, məhz 1993-cü ilin birinci yarısında formalaşmış vəziyyət əsrin əvvəlində olduğundan daha ciddi və daha təhlükəli idi. Məsələ bundadır ki, 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə dövlətimizin faktiki müstəqilliyinə son qoyulsa da, ölkə öz sərhədləri daxilində, formal da olsa müstəqil respublika kimi SSRİ tərkibində varlığını davam etdirmişdi. 1993-cü ildə isə artıq parçalanmaq üzrə olan Azərbaycan sadəcə müstəqilliyini deyil, həm də vahid bir ölkə olaraq mövcudiyyətini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi. Həmin mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Heydər Əliyev siyasi kursu, Ulu Öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla inkişaf və davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizi geri qaytardı və bununla da işğala son qoyuldu. Ötən ilin sentyabr ayında keçirilmiş və heç bir gün də davam etməyən antiterror əməliyyatının nəticəsində isə, Qarabağda separatizmin kökü birdəfəlik kəsildi, Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. 2023-cü il 15 oktyabr tarixində dövlət başçımızın Xankəndidə şəxsən ucaltdığı bayraq xalqımızın iradəsini, dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik yolunda Azərbaycanın inkişafı davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-05-2024, 10:05 Oxunub: 148
Bölməyə aid digər xəbərlər
21-05-2024, 11:47
Eltun Süleymanov: “Tariximizin şanlı və ibrətamiz səhifəsi”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
4-11-2023, 11:28
Aqiyə Naxçıvanlı: “Azərbaycan bayrağı bu gün Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır”
30-08-2023, 11:09
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi illərdə Azərbaycanın müstəqilliyinə zəmin yaradan cəsarətli addımlar atmışdır”
28-05-2023, 09:20
Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
28-05-2022, 08:51
Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi
26-05-2022, 19:49
Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO