16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Prezidentin tələblərinə də məhəl qoymayan Zakir Fərəcov və Gündüz Əliyev cəzalandırılacaqmı?...
İlham Əliyev: “Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz...”
“Sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz paylarını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər...”
“Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar...”
Məmləkətdə xüsusən kiçik və orta sahibkarların haqqını tapdayan, onların vəsaitlərini “halal”lıqla mənimsəyib üstündən su içən iri çinli məmurlardan şikayətlər səngimir.
Son aylarda bəhs edilən mövzuda gündəmi zəbt edən əsas mövzulardan biri 26 may 2024-cü il tarixdə bir qrup iş adamının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqdarda borclarını qaytarmamaları haqda Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti ilə bağlı Moderator.az redaksiyasına daxil olmuş açıq məktubları oldu( :və burada:)
Sumqayıt ŞİH başçısı Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyevin iş adamlarının uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq 2 milyon 900 min manatlıq borcu qaytarmaması haqda şikayətin müəllifləri, demək olar ki, hər gün redaksiyamıza müraciət edərək şikayətlərinin nəticəsiz qalmasından şikayətlənir, mövzunun, xüsusən də Zakir Fərəcov və Gündüz Əliyevin Sumqayıt şəhər sakinlərinə, o cümlədən də sahibkarlara qarşı törətdikləri qanunsuz əməllərin ifşasının, onların dövlət başçısı və hüquq-mühafizə orqanları tərəfindən layiqli şəkildə cəzalandırılmasının zəruriliyini gündəmdə saxlamağımızı xahiş edirlər. Qeyd edək ki, bu iki məmurun ayrı-ayrı şəxslərə borcları və dövlətə vurduqları ziyan ümumilikdə milyonlarla, bəlkə də on milyonlarla ölçülür...
Sözügedən sumqayıtlı iş adamları artıq neçə aydır ki, Prezident İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə rəsmi şikayət məktubuyla müraciət ediblər. Həm dövlət başçısına, həm də Baş prokurora ünvanlanmış məktubların cavabları Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanıb. Hələ də araşdırmalar gedir...
Yəqin ki, vətəndaşları, eləcə də sahibkarları incidən bir sıra dövlət məmurları, o cümlədən Zakir Fərəcov və Gündüz Əliyev dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu 20 ildən çox müddət ərzində müxtəlif dövrlərdə etdiyi çıxışlarda məmur-vətəndaş, məmur-sahibkar münasibətləri haqqında nələr söylədikləri, hansı şifahi tövsiyə və göstərişləri verdiyini yaxşı bilirlər. Sözsüz ki, Prezidentin həmin çıxışlarını da öz qulaqlarıyla eşidiblər... Amma onların son illərdəki əməlləri göstərir ki, dövlət başçısının məmurlara ünvanlanmış sözlərini eşitsələr də, qulaqardına vurublar. Və sözsüz ki, bu hal onların cəzasının daha da tezləşməsinə və ağırlaşmasına səbəb olmalıdır...
İndi, görək, Prezident İlham Əliyev məmur-sahibkar münasibətləri haqda nə deyir, dövlət məmurları, xüsusən də icra başçıları qarşısında hansı vəzifələri qoyur:
“Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır... Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər”.
(Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən).
“Mən dəfələrlə bəyan etmişəm, rayonların icra hakimiyyətləri çalışmalıdırlar ki, investorları cəlb etsinlər... Əlbəttə ki, dövlət öz siyasətini aparır və sahibkarlığın inkişafı prioritet istiqamətdir. Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdırlar, şərait yaratmalıdırlar, sahibkarları cəlb etməlidirlər və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.
(2016-cı il oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşündəki çıxışından).
“Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz...
Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən...
(Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrına yeni təyin etdiyi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündəki çıxışından)
“Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. ....Sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər.
Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər...
(Prezident İlham Əliyevin 2020-ci il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqindən).
“Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb, ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər: Hansısa layihəni icra etmək istəyəndə, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizələr aparılır və ölkələr öz təkliflərini irəli sürür ki, investorları cəlb etsinlər. Ona görə də ilk növbədə yerli sahibkarları inandırmalısınız ki, məhz sizin rayonlarınıza onlar gəlib sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cürə əziyyət verilir – buna yol vermək olmaz”
(Prezident İlham Əliyevin 2020-ci il mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar video-formatda keçirdiyi qəbuldakı çıxışından).
“Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”.
(Prezident İlham Əliyevin 2020-ci il avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı etdiyi çıxışdan).
“...Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.
Hesab edirəm ki, bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin.
(Prezident İlham Əliyevin 12 yanvar 2022-ci il tarixdə yerli televiziya kanallarına müsahibəsindən).
Və s. və i.a.
Bəs Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllimi olan Gündüz Əliyev dövlət başçısının bu göstəriş və tələblərinin qarşısında nə edirlər?
Öncə dediyimiz kimi, sadəcə, qulaqardına vururlar. Bəs elə isə onların qanunlara uyğun olaraq müvafiq cəza almalarının qarşısını nə və yaxud kim alır?..
Ötən yazımızda(burada:) Zakir Fərəcovun hələ 1999-cu ildən bəri iştirakçısı olduğu cinayət əməllərindən bir qismini sadalamışdıq. İndi isə Gündüz Əliyevin “xeyir” gətirən bəzi əməllərini də bilməyənlərin yadına salaq:
2023-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin işçiləri barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Lakin təqsirləndirilən şəxslər barədə hələ ki məhkəmə tərəfindən hər hansı yekun qərar verilməyib.
Gündüz Əliyev Sumqayıt Tibb Mərkəzində baş mühasib kimi çalışan bacısı Gülnarə Bayramovanın və tanışı Elxan Əsədovun vasitəsi ilə 41 saxta hüquqi şəxs yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırılıb. Bu ibtidai istintaq zamanı sübuta yetirilib.
Bir sözlə, Gündüz Əliyev dövlətin milyonlarla vəsaitini mənimsəyib. Sonda 05 sentyabr 2023-cü il tarixdə Gündüz Əliyev və bacısı Gülnarə Bayramova barəsində əsasında Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.
Hətta Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə bu işə bağılacağı da 10 ay əvvəldən məlumdur.
Amma hansısa səbəbdən bu günədək Gündüz Əliyev və bacısı barəsində məhkəmə işi yekunlaşmayıb. Bu müddət ərzində məsələyə bir neçə dəfə baxılıb və heç bir ciddi əsas olmadan məhkəmə prosesi hər dəfə təxirə salınıb. Və bütün bunlar ortada olduğu halda Gündüz Əliyev həm SDU-da baş müəllim, həm də Sumqayıt ŞİH-də şöbə müdiri kimi fəaliyyətini davam etdirir.
Daha təəccüblüsü odur ki, barəsində cinayət işi açılan, həm iş üzrə ibtidai istintaqı yekunlaşan, lakin barəsində məhkəmə hökmü gözlənilən şəxs necə olur ki, hələ də vəzifəsinin başında durur, bu azmış kimi, xarici ölkələrə də gedib-gəlir. Belə ki, mediada etibarlı mənbələrə istinadla yayılan son məlumatlara görə, Gündüz Əliyev mayın 19-da Çinə uçub, mayın 28-də isə ölkəyə qayıdıb. Daha sonra iyunun 6-ı Türkiyəyə uçub...
Xülasə, biz media qurumu olaraq öz sözümüzü deyir, borcumuzu yerinə yetiririk. Və hər dəfə qarşı tərəfin də öz rəsmi şərhlərini vermək hüququnu vurğulayırıq. Lakin nə Sumqayıt ŞİH başçısı Zakir Fərəcovdan, nə də həmin qurumun şöbə müdiri Gündüz Əliyevdən səs çıxmır... Susmaq isə razılıq, yəni çirkin əməllərini etiraf etmək əlamətidir...
Artıq növbə ölkə Konstitusiya və qanunlarına, eləcə də Prezident İlham Əliyevin göstəriş və tələblərinə uyğun olaraq vəzifə başında cinayət törətmiş şəxslərə, özü də dövlət başçısının vurğuladığı kimi, gələcək
inkişafımızın asılı olduğu sahibkarlara qarşı cinayət törədən məmurlara qarşı qanunun sərt üzünü göstərməli olan hüquq-mühafizə orqanlarınındır...
Artıq xeyli vaxt keçir, onlarla insanın, onların ailələrinin haqqı-hüququ və ən əsası da Prezident İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, hamımızın qarşısında bərabər olduğu QANUN tapdanır...
Moderator.az
Bölməyə aid digər xəbərlər

Tarix: 11-07-2024, 12:44 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
16-05-2022, 12:40
Zakir Fərəcovun sahibkarlarla borc qalmaqalı böyüyür – VİDEO
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
18-03-2023, 09:44
Xalqa, dövlətə, dövlətçiliyə xidmət - Zakir Fərəcov
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
25-07-2022, 13:21
Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib
4-05-2022, 14:11
Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA
14-09-2021, 14:27
Prezident yeni icra başçılarını qəbul etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI