44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı





27 Sentyabr Zəfərlə sona çatan Vətən müharibəsində Uca Şəhidlik Zirvəsinə ucalan Şəhidlərimizin Anım günüdür. Bu günü, sabahı, gələcəyi biz vətən uğrunda canından keçən, qəhrəmancasına şəhid olan şəhidlərimizə, qazilərimizə və bütün qəhrəman əsgərlərimizə borcluyuq.
Çar Rusiyası zamanı Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başlandı. Azərbaycan “yağlı tikə” kimi daima düşmənlərin diqqət mərkəzində olmuşdur. Azərbaycan təbii sərvətləri ilə zəngin bir ölkədir. Bu səbəbdən hər zaman işğalçı dövlətlərin basqılarına məruz qalıb. Bu işğallar nəticəsində yaşayış məntəqələri dağıdılmış,dinc əhali amansızca qətlə yetirilmişdir. 
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 gün qısa bir zaman olsa da, Azərbaycanın şanlı tarixini yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. 44 gündə hər dəfə yeni xəbərlər eşidir və ordumuzun düşmənə endirdiyi zərbələr qısa bir tarixdə bizə qələbə sevincini qazandırdı.
Əlbəttə ki, düşmən hər zaman olduğu kimi yenə də öz mənfur əməllərindən əl çəkmədi. Yenə də onlar dinc əhalini nişan aldılar. 2020-ci ilin oktyabr ayında Gəncə və Bərdə şəhərləri Ermənistan Silahlı qüvvələri tərəfindən terrora məruz qaldı. Hücumlar zamanı əhaliyə, şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da var idi.
44 günlük müharibədə daim ordumuzdan gələn xəbərlər xalqımızı ruhlandırır,qələbə əzmini artırırdı. Bu günlərdə həm ən sevincli, həm də ən kədərli günlərimizi yaşadıq. Şəhid xəbərləri ilə sarsıldıq. Anaların,uşaqların fəryadı ilə qəlbimiz dağlandı.Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2823 nəfər hərbi qulluqçusu həlak olmuş, 8 nəfər hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Alidə Aslanova - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: 24-09-2024, 08:59 Oxunub: 18


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram