Yasamal Rayon Dövlət Yol Polis şöbəsinin rəisi Məmməd Əliyev - 27 sentyabr tarixi rəşadətli və müzəffər ordumuzun yenilməz sərkərdəsi, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin Sərəncamı ilə Anım Günü günü kimi ikinci ildir ki, qeyd olunur. Bu Sərəncam Prezident İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq imzalanıb. Bu şəhidlərin ruhlarına və onların ailələrinə, doğmalarına, bütövlükdə isə Azərbaycan xalqına ən ali ehtiramın göstəricisidir. Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Bəli, 44 günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə azərbaycanlılara, xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə, Avroasiya məkanında ən uzunmüddətli olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu. Bununla da ordumuz XXI əsrin müasir müharibəsinin aparılması taktika və strategiyasını da yaratdı. Hansı ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələri bunu hərbi dərsliklərə salaraq öyrənirlər. Həmçinin Vətən müharibəsində onilliklərlə səbirlə qəlbində torpaq miskinini saxlayaraq rəhbərinin lazım bildiyi zaman onun ətrafında sıx birləşərək, ən ümdə olan arzusuna nail olmasının nümunəsini yaratdı. Azərbaycan əsgəri isə XXI əsrin bir etalon əsgəri nümunəsini göstərdi.
Eyni zamanda, Vətən müharibəsində əldə olunan qələbə ilə erməni təbliğat maşınının 200 il ərzində yaratdığı miflər, “böyük Ermənistan” xülyası, “ermənilərin döyüşkən xalq olduğu” haqqında uydurmaları da param-parça oldu.
Xalqımıza qarşı iki əsr ərzində aparılan və bu gunə qədər davam edən bu düşmənşilik siyasətinin tarixi əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı kücürüldüyü dövrdən başlamış.
Məlumdur ki, ermənilərin çar Rusiyası tərəfindən XIX əsrin əvvələrindən etibarən Türkmənçay (1828 ) və Ədirnə ( 1829 ) müqavilələrinin şərtlərinə əsasən İrandan və Turkiyədən tarixi torpaqlarımıza İrəvan xanlıgının ərazisinə köçürülməsi ilə bölgənin etnik-dini tərkibini dəyişdirdi və xalqımızın gələcək faciələrinin əsasını qoydu. Çox keçmədən ermənilər tərəfindən aboriqen xalqa qarşı soyqırım və deportasiya başlandı. Belə ki, son 200 il ərzində ermənilər dinc azərbaycanlılara qarşı dəfələrlə qətlimalar törətdilər, tarixi ərazilərimizi zəbt etdilər, məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar.
Məsələn, Çar I Nikolayın 828-ci il, martın 21-də, yəni xalqımızın əziz bayramlarından olan Novruz bayramı günündə imzaladıgı fərmanla İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış erməni vilayətinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. 62 kəndin isə 14-nün adı erməni mənşəli idi. Çar Rusiyasının məmuru N.Şavrov 1911-ci ildə açıq etiraf edirdi ki, “hazırda Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu yerli əhali deyil. Onlar bu torpaqlara bizim tərəfimizdən köçürülüb”.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qaldı. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulublar. İnsanlara kütləvi şəkildə işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdır.
1918-ci ildə 29 may tarixdə Azərbaycan Xalq Cümhuriyəti Cənubi Qafqazda sülh və əminamanlıq yaradılması xatirinə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı torpaqlarla birlikdə ermənilərə güzəştə qetdı. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradılmışdır.
Bu vaxtdan etibarən Rusiyanın hərtərəfli köməyi ilə ermənilər tərəfindən Qərbi Azərbaycan torpaqlarının azərbaycanlılardan təmizlənməsi prosesı daha da sürətləndi, ermənilər köç saldıgı ərazilər azərbaycan torpaqları hesabına şərqə dogru daha da genişləndirilmışdır.
Sovet hakimiyyəti illərində də işğal siyasəti davam etdirilib. 1918-1920-ci illərdə 114 min kvadrat kilometr ərazisi olan Azərbaycan sovet dövründə 86 min kvadratkilometrədək kiçildildi. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdi. 1988-ci ildə isə Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulub. Bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, xarici havadarları tərəfindən silahlandırılan ermənilər ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü( Başlıbel,Agdaban,Baqanis -Ayrım kəndlərində törədilmiş vəhşiliklər və Xocalı qətliamı ), yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi və Azərbaycan ərazilərinin 20 faizinın işgalı ilə nəticələnmışdır.
30 il ərzində Ermənistan azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur, işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir.
30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər.
- 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ədalət bərpa olundu. Ötən ilin 27 sentyabrından başlanan və 44 gün davam edən Vətən müharibəsində şanlı Zəfər qazanıldı. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Bu sənəd Ermənistanın hərbi kapitulyasiyasını təsdiqlədi. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Düşmən torpaqlarımızdan qovuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Bölməyə aid digər xəbərlər