10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Eltun Süleymanov : "Azərbaycan-Çin enerji və ticarət əməkdaşlığı inkişaf edir"

Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfəri təkcə siyasi əməkdaşlıq baxımından deyil, həm də iqtisadi əlaqələrin dərinləşməsi ilə əlamətdar oldu. Cənab Prezidentin CGTN telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, iki ölkə arasında bərpaolunan enerji, nəqliyyat və istehsal sahələrində əməkdaşlıq genişlənməkdədir. Hazırda Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı və 4-cü ticarət dövriyyəsi partnyorudur. Bu çərçivədə Çində artıq altı Azərbaycan Ticarət Evi fəaliyyət göstərir və Azərbaycan şərabının Çin bazarına çıxışı təmin olunub. Bununla yanaşı, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təkcə tranzit layihəsi deyil, həm də regional istehsal və logistika mərkəzlərinin yaradılması imkanlarını verdiyi xüsusi vurğulanır.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, ən mühüm istiqamətlərdən biri bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Cənab Prezident müsahibəsində qeyd edir ki, imzalanmış müqavilələr çərçivəsində Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsal etmək imkanları yaranacaq. Bu, ölkənin enerji strategiyasında çevriliş olacaq və təbii qazın ixrac imkanlarını genişləndirəcək. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində BYD ilə birgə elektrik avtobuslarının istehsalına başlanması Bakının və digər şəhərlərin yaşıl nəqliyyata keçidini sürətləndirəcək. Tranzit daşımalar sahəsində də ciddi irəliləyiş müşahidə olunur – ötən il Çin-Azərbaycan tranzitində 86% artım qeydə alınıb. Yeni nəqliyyat dəhlizləri ilə yüklərin daşınması müddəti 10-12 günə endirilib ki, bu da Azərbaycanın regiondakı nəqliyyat qovşağı rolunu gücləndirir. Beləliklə, bu səfər Azərbaycanın iqtisadi strategiyasının mühüm sütunlarına çevriləcək real əməkdaşlıq mexanizmləri yaratdı. Çin-Azərbaycan iqtisadi münasibətləri dayanıqlı və inklüziv inkişaf üçün nümunəvi modelə çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin Çinə etdiyi səfər çərçivəsində vurğulanan əsas sahələrdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu. Müsahibəsində cənab İlham Əliyev Çin iqtisadiyyatının təcrübəsini nümunə kimi göstərdi: “Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır.” Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qoşulması və bunun nəticəsində formalaşan infrastruktur layihələri də diqqətə çatdırıldı: Cənab Prezident dedi ki, “Biz 'Bir kəmər, bir yol' təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik... Azərbaycanda xeyli infrastruktur layihələrini həyata keçirmişik.” Azərbaycan bu əməkdaşlıq sayəsində bərpaolunan enerji, nəqliyyat və ticarət sahəsində böyük uğurlara imza atmaqdadır. Cənab Prezident bununla bağlı ölkənin iqtisadi göstəricilərinə də diqqət çəkdi: “Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik və yoxsulluq səviyyəsini 5 faizə endirdik.” Çinlə daşıma və ticarət sahəsində artan rəqəmlər, iki ölkə arasında artan qarşılıqlı marağın iqtisadi nəticəsidir. Prezidentin qeyd etdiyi kimi, bu sahələrdə əməkdaşlıq Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini gücləndirir. Çin modelindən ilhamlanan Azərbaycan – iqtisadi yüksəliş və enerji əməkdaşlığında da uğurlu nəticələrəə nail olub. Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi və texnoloji əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyevin səfəri zamanı bu sahələrdə də mühüm razılaşmalar əldə olunub. Çin Modeli və İlhamverici İslahatlardan danışarkən cənab Prezident İlham Əliyev Çinin inkişaf modelini belə qiymətləndirir: “Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur.” O, Azərbaycanın iqtisadi inkişafında əldə edilən uğurların arxasında sabitlik siyasəti və islahatların dayandığını bildiririb. Cənab Prezident müsahibəsində onu da bildirib ki, “Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.” Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-04-2025, 10:30 Oxunub: 25
Bölməyə aid digər xəbərlər
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
19-03-2025, 10:03
AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir -Fotolar
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
23-01-2023, 09:37
Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
6-10-2022, 10:19
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək